reklam
Regionxeberlericom.az » Dünya » Hindistanın Ermənistana satdığı “Pinaka” raketlərinin xüsusiyyətləri - Fotolar

reklam

Hindistanın Ermənistana satdığı “Pinaka” raketlərinin xüsusiyyətləri - Fotolar

















Hindistan Ermənistana 245 milyon dollarlıq silah-sursat tədarük edəcək. İki ölkə çoxlu sayda raket, reaktiv mərmi və sursatların ixracına dair müqavilə imzalayıb. Bu müqavilə çərçivəsində Hindistan ilk dəfə olaraq “Pinaka” çoxlüləli reaktiv atış qurğularını Ermənistana ixrac edəcək, hansı ki, bu qurğular Hindistan ordusunun arsenalında yer alır.
Economictimes-a istinadən xəbər verir ki, Pinaka Hindistan Ordusu üçün Müdafiə Tədqiqatları və İnkişafı Təşkilatı (DRDO) tərəfindən hazırlanmış yerli çoxbarrelli raket buraxılış sistemidir. Bu silah Hindistan ordusunun ən etibarlı və effektiv silah sistemlərindən biri hesab edilir. Pinaka raket sistemi 1999-cu ildə Hindistan və Pakistan arasında baş verən Kargil Müharibəsi zamanı Hindistan tərəfindən dağ zirvələrindəki düşmən hədəflərini zərərsizləşdirmək, dəqiq və dağıdıcı zərbələr endirmək üçün istifadə edilib. Bu vaxtdan sonra “Pinaka” Hindistan Ordusunda dəyər qazanıb. O vaxtdan bəri Pinaka sistemi böyük təkmilləşdirmələrə məruz qalıb və hal-hazırda Hindistan Ordusunun artilleriya qanadının ən etibarlı və effektiv silah sistemlərindən biridir. Pinaka ideyası ilk dəfə 1981-ci ildə Hindistan Ordusunun uzun mənzilli artilleriya sistemi tələbinə cavab olaraq ortaya çıxıb. Bu silah Rusiya istehsalı olan “Qrad” və “Smerç” adlanan və hələ də istifadə edilən çoxbarrelli raket buraxılış sistemlərinə alternativ olaraq inkişaf etdirilib. Pinaka raket buraxılış sistemi 40 saniyə ərzində 12 raketdən ibarət bir salvo atmağa qadirdir. Bu silah sisteminin ilkin versiyası “Mark I” adlanırdı və 40 km məsafədəki hədəfləri vura bilirdi. Pinakanın təkmilləşdirilmiş versiyası olan “Mark II” modeli isə 70-80 km atış məsafəsinə malikdir. Pinakanın 120 km atış məsafəsinə malik modeli də var ki, bunun hələ inkişaf mərhələsində olduğu qeyd edilir. Pinaka çoxbarrelli raketatan qurğusunun müharibə zamanı orduda əsgər itkilərini azaltmaq, atəş gücü üstünlüyü təmin etmək məqsədi daşıyan bir layihə olduğu qeyd edilir.


 





Paylaş:


Müəllif : Tarix:
30-09-2022, 15:54
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər