reklam
Regionxeberlericom.az » Dünya » “Rusiya Şimali Koreyadan milyonlarla artilleriya mərmisi və raket alır” - NYT

reklam

“Rusiya Şimali Koreyadan milyonlarla artilleriya mərmisi və raket alır” - NYT

















“ABŞ kəşfiyyatının hesabatına görə, Rusiya Şimali Koreyadan milyonlarla artilleriya mərmisi və raket alır”.

Bu barədə The New York Times (NYT) məlumat yayıb.

Bildirilib ki, ABŞ hökumətinin fikrincə, bu, sanksiyaların Rusiya ordusu üçün sursat təchizatı zəncirini ciddi şəkildə məhdudlaşdırdığını göstərir.

ABŞ təklif olunan tədarüklərin təfərrüatlarını açıqlamayıb - xüsusən də onların dəqiq tərkibi və vaxtı məlum deyil.

Adının çəkilməsini istəməyən ABŞ rəsmisi bildirib ki, Rusiya qısa mənzilli raketlər və artilleriya mərmiləri alır və həmçinin Şimali Koreyadan əlavə avadanlıq alacağı gözlənilir. Söhbət hansı avadanlıqdan getdiyi açıqlanmır.

Amerika Müəssisə İnstitutu bildirib ki, Şimali Koreya 152 mm-lik artilleriya mərmiləri və “Katyuşa” raketləri istehsal edir.




Paylaş:


Müəllif : Tarix:
6-09-2022, 14:56
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər