RUS ORDUSUNUN “KABUS GÜNLƏRİ” BAŞLAYIR – ABŞ Ukraynaya 300 km. məsafəni vuran raketlər verib
ABŞ Ukraynaya 550 milyon dollar dəyərində yeni silah yardımı paketini açılayıb.
Qərb mediası xəbər verir ki, bu, 24 fevraldan bu günə kimi 17-ci yardım paketidir.
Bu dəfə paketdə Ukraynanın 155 mm-lik artilleriya qurğuları üçün 75 000 mərmi və HİMARS üçün raketlər nəzərdə tutulub. Sürsatların zərbə məsafələri və sayı açıqlanmayıb.
Konqresvumen Elissa Slotkin bir neçə gün əvvəl bəyan edib ki, Konqresdə ABŞ-ın Ukraynaya HİMARS-lar üçün 300 km. məsafəyə zərbə vura bilən ATACMS raketlərin verilməsi məsələsində iki partiyalı konsensusun mövcud olub. Yəni həm Demokratlar, həm də Respublkikaçılar bu qərarı dəstəkləyir və Pentaqondan prosesi sürətləndirməyə tələb edirlər.
Bəzi ekspertlər bildirirlər ki, təqdim olunacaq 550 milyon dollarlıq paketdə HİMARS-lar üçün uzaqmənzilli raketlər nəzərdə tutulub. İddia olunur ki, əslində uzaqmənzilli raketlər hələ 15-ci paketdə verilib, Pentaqon bunu açıq deməsə də, həmin paketə dair bəyanatda fərqli raketlərin verilməsinə işarə edib.
ABŞ iki gün əvvəl Ukraynaya əlavə 4 HİMARS çatdırıb və nəticə etibarı ilə hazırda Rusiya işğalçılarına qarşı döyüşən 20 HİMARS, 3 M270 MLRS, Almaniya istehsalı olan 3 MARS II var. Qeyd olunur ki, iyulun 8-də cəmi 8 ədəd olan YAR sistemlərinin sayı hazırda 26-ya çatdırılıb ki, bu da Ukrayna ordusunun uğurlu əks-hücuma start verməsinə imkan verir.
Bundan başqa qısa zaman ərzində Böyük Britaniyanın Ukraynaya bir neçə hərbi gəmi göndərəcəyi də qərarlaşdırılıb. Habelə İranın Rusiyaya dronlarını göndərəcəyi qalmaqalı fonunda Litva Ukraynaya 110 EDM4S Sky Wipers dron əleyhinə tüfəng göndərəcəyini açıqlayıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:2-08-2022, 15:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var