Kraliça səlahiyyətlərinin bir hissəsini oğluna verdi

Böyük Britaniya kraliçası II Elizabet özünün dövlət başçısı səlahiyyətlərinin bir hissəsini tax-tacın varisi şahzadə Çarlza verib.
Bu barədə bazar günü "The Sunday Times" qəzeti məlumat yayıb.
Nəşr belə qənaətə monarxın Bukingem sarayı tərəfindən dərc edilən rəsmi vəzifələrinin siyahısına on ildən artıq müddətdə ilk dəfə edilən əhəmiyyətli dəyişikliklərdən sonra gəlib. Bundan əvvəl siyahıya Baş nazirin formal təyinatı, parlamentin yeni sessiyalarının açılışında iştirak, dövlət səfərlərinin və Birləşmiş Krallığa gələn dövlət başçıları ilə görüşlərin həyata keçirilməsi kimi 13 bənddən ibarət səlahiyyətlər daxil idi. İndi isə sənəddə ümumi şəkildə ifadə olunur ki, kraliçanın “bir sıra parlament və diplomatik səlahiyyətləri” var. Bununla belə, nəşrin saraydakı mənbəsi bunu yalnız sənədin “kiçik yenilənməsi” kimi qələmə verib.
May ayında 73 yaşlı şahzadə Çarlz parlament sessiyasının açılışında ilk dəfə II Elzabeti əvəz edib və onun adından taxt nitqi söyləyib. Kraliça 59 ildə ilk dəfə idi ki, bu mərasimə qatılmırdı. Bu il Əlahəzrət Çarlz anasının əvəzinə, həmçinin kraliçanın ənənəvi iştirakını tələb edən və II Elizabetin qrafikində yer alan digər tədbirlərdə də iştirak edib.
96 yaşlı kraliça kürəyindəki ağrılardan əziyyət çəkir, səfərlərdən və uzun sürən tədbirlərdən sonra özünü narahat hiss edir. Ötən ilin oktyabrında o, son səkkiz ildə ilk dəfə tibbi müayinə üçün xəstəxanaya yerləşdirilmişdi. Bundan sonra kraliça həkimlərin təkidi ilə müvəqqəti olaraq uzaq səfərlərdən imtina edib və kütləvi tədbirlərdə az-az görünməyə başlayıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:3-07-2022, 17:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II