Bolqarıstanda böhran: Nazirlər istefa verdilər

Bolqarıstanın “Belə bir xalq var” populist partiyasından olan energetika naziri Aleksandr Nikolov və xarici işlər naziri Teodora Gençevskaya bazar ertəsi istefa veriblər.
Bu barədə “Novinite” nəşri yazıb.
Bu istefalardan əvvəl “Belə bir xalq var” partiyasının nazirləri Qrozdan Karadjov (Regional İnkişaf və Təkmilləşmə Nazirliyi) və Radostin Vasilyev (İdman Nazirliyi) istefa veriblər. Onlar Slavi Trifonovun öz partiyasını hakim koalisiyadan çıxarmaq qərarının nəticəsi olaraq bu addımı atıblar.
“Nazir Nikolovun hökumətdən istefa verməsinin səbəbləri sırf siyasidir. O, davamçısı seçilənə qədər öz konstitusiya vəzifələrini yerinə yetirməyə davam edəcək”, - deyə Energetika Nazirliyinin bəyanatında bildirilir.
“İstefanın səbəbi “Belə bir xalq var” partiyasının öz nazirlərini hökumətdən geri çağırmaq qərarı ilə bağlıdır”, - deyə XİN-in açıqlamasında qeyd edilir.
İstefalar baş nazir tərəfindən qəbul edilməlidir və o, bu məsələni Milli Assambleyada səsverməyə çıxarmalıdır. Baş nazir daha sonra yeni nazirləri təyin edir. Bu prosedur üçün son tarix yoxdur və nazirlərin işdən çıxarılması prosesi ləngiyə bilər.
Mənbə: Evropeyskaya pravda
Paylaş:
Müəllif : Yazar
Tarix:13-06-2022, 17:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -səbəb göstərilmədən əmək müqavilələrinə xitam verilir

VƏLİYEVLƏRİN TİCARƏT MƏRKƏZİ HƏRRACA ÇIXARILIR -Hər ay toplanan yüz minlər hara xərclənib?

“Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri

Bu hospitalda cərrah əvəzinə "dəllal"lar işləyir: Nilufəri ÖLDÜRƏN HƏKİM niyə həbs olunmur? - VİDEO

"Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər!

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin müəlliminin işdən çıxarılması qanunsuz hesab edilib

Kənd Təsərrüfatı naziri Məcnun Məmmədovun unikal kadrları - “Şərikli çörək kolxozu”