reklam
Regionxeberlericom.az » Gündəm » RUSİYA SƏFİRİ BOLQARLARI TƏHQİR ETDİ, ETİRAZLAR BAŞLADI - "Özünü "general-qubernator” kimi aparır" + VİDEO

reklam

RUSİYA SƏFİRİ BOLQARLARI TƏHQİR ETDİ, ETİRAZLAR BAŞLADI - "Özünü "general-qubernator” kimi aparır" + VİDEO







Rusiyanın Bolqarıstandakı səfirinin özünü çar dövrünün general-qubernatoru kimi aparması və işlədiyi ölkənin rəhbərliyini təhqir etməsi iki ölkə arasında ciddi diplomatik gərginliyə səbəb olub. Baş nazir Kiril Petkov Rusiya səfirindən onun ölkəsinin Bolqarıstanın daxili işlərinə qarışmamasını tələb edib.

"Biz Rusiyadakı səfirimizi məsləhətləşmələr üçün geri çağırırıq. Diplomatiya dilində bu o deməkdir ki, qarşı tərəf də eyni addımı atmalıdır. Düşünürəm ki, heç bir Bolqarıstan vətəndaşı xarici səfirin bolqarları və bolqar hökumətini təhqir etməsindən məmnun ola bilməz. Belə davranış qeyri-məqbuldur-ötən gün martın 24-də Bolqarıstanın baş naziri Kiril Petkov Brüsseldə Avropa Şurasının iclasından az əvvəl deyib.

Məsələ burasındadır ki, "virtualaz.org"-ın məlumatına görə, Rusiyanın Bolqarıstandakı səfirliyi özünün Facebook səhifəsində Rusiyanın Ukraynaya müdaxiləsinə dair postda Bolqarıstanın ünvanına kobud ifadələr işlədib. Bu postda Bolqarıstan rəhbərliyi “Avroatlantika quyruqları” adlandırılıb.

Rusiyanın dost olmayan ölkələr siyahısına daxil etdiyi Bolqarıstan Ukraynaya müdaxilənin ikinci günündə RT telekanalının yayımlarını dayandırıb və Sputnik agentliyinin saytını bloklayıb. Bundan bir həftə sonra Rusiyanın Bolqarıstandakı səfiri Eleonora Mitrofanova bolqarları milli bayramları – onların Osmanlı istilasından azad edilməsi gününü videotəbrik edib. Səfir 1877-1878-ci illər Rusiya-Osmanlı müharibəsini Kremlin Ukraynada “nasistlərə” qarşı apardığı indiki müharibə ilə müqayisə edib.

Səfir bildirib ki, 1877-1878-ci illər müharibəsində Bolqarıstan Rusiya ordusunun qələbəsi ilə Avropanın xəritəsinə qayıdıb. Mitrofanova deyib ki, Rusiya həmişə “humanist-xristian dəyərlərini” rəhbər tutur.

Bolqarıstan hökumətinin başçısı Kiril Petkov səfirin çıxışını cavabsız buraxa bilməyib. Səfirə çıxışı ilə bağlı rəsmi xəbərdarlıq edilib. Petkov bildirib: "Bizim xilasımız üçün rus xalqına minnətdarlığımızı - Ukraynada indiki qardaş qırğını müharibəsi ilə müqayisə etməklə kiçiltmək olmaz.

Baş nazir Rusiya səfirindən onun ölkəsinin Bolqarıstanın daxili işlərinə qarışmamasını tələb edib. Rusiya səfiri bundan sonra üzrxahlıq edib, amma bununla heç nə dəyişməyib. Daha sonra Mitrofanova Rusiyanın “Rossiya 24” dövlət telekanalına müsahibəsində deyib ki, bolqar xalqı öz hökumətinin Rusiyaya qarşı ritorikasını və hərəkətlərini dəstəkləmir.

Səfirin bu müsahibəsi ölkənin siyasi dairələrində hiddətlə qarşılanıb. Bolqarıstan Atlantika Şurasının bəyanatında deyilir ki, səfir özünü Bolqarıstanda “Rusiya general-qubernatoru” kimi aparır.Bolqarıstan mediasında və ictimai dairələrində isə Mitrofanovanın ölkədən qovulmasına çağırışlar səslənib.

“Azadlıq” radiosunun bolqar xidməti yazır ki, Bolqarıstanda son vaxtlar aparılmış sorğular Rusiya səfirinin yanıldığını göstərir. Sorğulara görə Rusiyanın Ukraynaya hərbi müdaxiləsi rəyi soruşulanların 40 faizinin Moskvaya münasibətini mənfiyə doğru dəyişib. 2020-2022-ci illərdə Bolqarıstanda Rusiya prezidenti Vladimir Putinə rəğbət 58 faiz idisə, Ukraynaya hücumdan sonra bu rəqəm yarıbayarı azalıb.

Eleonora Mitrofanovanın televiziya müsahibəsindən az əvvəl Bolqarıstan 10 Rusiya diplomatının ölkədən çıxarılması barədə qərar qəbul etmişdi. Bu qərardan sonra baş nazir Petkov mətbuata demişdi ki, qovulan diplomatların arasında bir nəfər də təsadüfi adam yoxdur və onların hamısı ölkədə “hibrid hücumlarını” idarə etməklə məşğuldurlar.

Rusiya səfiri diplomatların qovulmasını sərt ritorika ilə tənqid edəndən sonra Bolqarıstan hökuməti ona yenə də xəbərdarlıq edib: "Xarici səfirin bolqar xalqının adından bolqar hökumətinə qarşı çıxış etməsi yolverilməzdir.

Lakin səfir bundan sonra “söz güləşdirmək” xəttini tutub və bildirib: “Hökumət məmurlarının Rusiya Federasiyası səfirinin ölkədə baş verənləri qiymətləndirməsini tənqid etmələri yolverilməzdir.

Yerli media yazır ki, Mitrofanovanın ölkədən çıxarılıb-çıxarılmaması məsələsi hələki açıq qalır. Bu da qeyd olunur ki, Eleonora Mitrofanova son zamanlar Avropada diplomatik nəzakət qaydalarını pozan yeganə Rusiya səfiri deyil. Bir həftə bundan əvvəl Rusiyanın Bosniya-Herseqovinadakı səfiri İqor Kalabuxov yerli televiziyaya müsahibəsində Sarayevonu, NATO üzvlüyünə can atarsa, Ukraynanın aqibətinin gözləməsi ilə hədələmişdi.

Qeyd edək ki, dünən Bolqarıstanın paytaxtı Sofiyada kütləvi yürüş keçirilib. Şəhərin minlərlə sakini küçələrə axışaraq Ukraynaya dəstək verib.

Aksiyanın təşkilatçılarının sözlərinə görə, onlar bu yolla Rusiyanın Bolqarıstandakı səfirinin bolqar xalqının Ukraynanı dəstəkləmədiyi barədə sözlərinə cavab veriblər.

Tədbir zamanı Bolqarıstan vətəndaşları öz hökumətlərindən Rusiyanın əməliyyatlarına qarşı Ukraynaya dəstək üçün daha sərt mövqe nümayiş etdirməsini istəyiblər.





Paylaş:


Müəllif : Tarix:
25-03-2022, 16:05
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər