ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyaya qarşı sanksiyaların reallaşmasını təsdiqləyib
ABŞ Konqresinin Nümayəndələr Palatası çərşənbə günü Amerika maliyyə institutlarının Rusiya və Belarusa qarşı tətbiq etdiyi sanksiyalara əməl etməsi ilə bağlı qanun layihəsini qəbul edib.
Bu barədə “Report” C-SPAN telekanalına istinadən xəbər verir.
Məlumata görə, səsvermələr zamanı 418 konqresmen təşəbbüsü dəstəkləyib, ikisi əleyhinə səs verib.
Qanun layihəsi hələ Senatda nəzərdən keçirilməlidir. Yuxarı palata tərəfindən bəyənilsə, təşəbbüs imzalanmaq üçün ölkə Prezidentinə göndəriləcək.
Qanun layihəsinə daha əvvəl verilmiş izahedici materiallarda qeyd olunur ki, Vaşinqtonun Rusiya və Belarusa qarşı qüvvədə olan sanksiyaları adətən onlara “ABŞ fiziki və hüquqi şəxsləri” tərəfindən riayət olunmasını tələb edir. Bununla belə, ABŞ maliyyə institutlarının xarici törəmə şirkətlərinin onlara nə dərəcədə əməl etməli olduğuna dair qeyri-müəyyənlik var.
Qanun layihəsi bu məsələyə aydınlıq gətirmək və ABŞ maliyyə institutlarının bütün tərkib hissələrinin Rusiya və Belarusa qarşı müvafiq sanksiyalara əməl etməsini təmin etmək məqsədi daşıyır.
Paylaş:
Müəllif : Fuad
Tarix:12-05-2022, 09:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Gəncə faciəsinin arxasında gizlənən korrupsiya – Zərərçəkmişlərin haqqı kimlərin ciblərinə gedir?

Deputatın külli miqdarda çox vergi borcu olan şirkəti Lənkəran Dövlət Universitetinin tenderini uddu / VİDEO

Vergi borcu olan şirkət Zakir Quliyevin rəis olduğu qurumdan daha 3 tender uddu - FOTOFAKT

İcra hakimiyyətinin işçiləri dövlət torpaqlarını kənar şəxslərə satırlar - Bu cavan başçıda belə....

"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -səbəb göstərilmədən əmək müqavilələrinə xitam verilir

VƏLİYEVLƏRİN TİCARƏT MƏRKƏZİ HƏRRACA ÇIXARILIR -Hər ay toplanan yüz minlər hara xərclənib?

“Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri

Bu hospitalda cərrah əvəzinə "dəllal"lar işləyir: Nilufəri ÖLDÜRƏN HƏKİM niyə həbs olunmur? - VİDEO

"Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər!

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ