Putin Ukrayna ilə bağlı səlahiyyəti FTX-dən alıb bu quruma verdi - Qəddarlıqları ilə məşhur general iş başında
Ukraynada uğur qazanmamağının səbəbini məyus edici kəşfiyyat əməliyyatlarında görən Rusiya prezidenti Vladimir Putin qəfil qərar verib. regionxeberlericom.az sfera.az-a istinadla bildirir ki, rus lider Ukraynadakı kəşfiyyat əməliyyatlarının məsuliyyətini Federal Təhlükəsizlik Xidmətindən alaraq Rusiya Kəşfiyyat İdarəsinə verib. Bu barədə "Telegraph” qəzeti məlumat yayıb.
Qəzet yazır ki, Rusiya liderinin qəbul etdiyi kritik qərarın arxasında Federal Təhlükəsizlik Xidmətinə qəzəbi ilə yanaşı, son günlər Qərb mətbuatında gedən xəbərlər də yer alır.
Ukraynanın ABŞ-dan gələn kəşfiyyat sayəsində Rusiyanı qabaqladığı bildirilən yazıda, ABŞ rəsmilərinin müharibə ilə bağlı verdiyi təəccüblü məlumatlar əks olunub. Belə ki, adları çəkilməyən yüksək səviyyəli rəsmilər Ukraynadakı rus zabitlərinin öz rəhbərlərinə tabe olmaqdan imtina etdiklərini və Donbasdakı qoşunların "kifayət qədər sürətlə” çalışmadıqlarını bildiriblər.
Rusiyanın casus icması üzrə ixtisaslaşmış araşdırmaçı jurnalist Andrey Soldatov Rusiya Kəşfiyyat İdarəsinə verilən səlahiyyətdən sonra rus ordusunun öz performansını artıra biləcəyini söyləyib:
"Əlbəttə, onlar döyüş meydanında, qoşunlarla təmasda və maddi-texniki təchizatda daha effektiv olacaqlar”.
Putinin yeni qərarı ilə Ukraynada kəşfiyyat məlumatlarının toplanmasına cavabdeh olan yeni şəxs, adı sui-qəsd cəhdlərində hallanan general-leytenant Vladimir Alekseyev olub. General Alekseyev 2012-ci ildə Rusiya Kəşfiyyat İdarəsinin birinci vitse-prezidenti vəzifəsinə yüksəlib, o zaman Rusiya Müdafiə Nazirliyi agentliyi "öldürməyə hazır olan sərt adamlar”la doldurmaqla öz casusluq imkanlarını gücləndirməyə çalışıb.
Tədqiqatçı Andrey Soldatov general Alekseyevi bu sözlərlə xarakterizə edib: "Alekseyev Suriyadakı hərbi əməliyyatları görüb və Donbasdakı döyüşlərdə iştirak edib. Digər zabitlər onu qəddar və özünə arxayın olan biri kimi təsvir edirlər. Britaniya və Avropa İttifaqı onu 2018-ci ildə kimyəvi silah hücumuna nəzarət etməkdə ittiham edir".
Qeyd edək ki, Qərb mediası Rusiya Kəşfiyyat İdarəsini "qəddar Rusiya hərbi birliyi” kimi qələmə verir. 2018-ci ildə Solsberidə öldürülən Sergey Skripala sui-qəsdin məhz bu qurum tərəfindən təşkil edildiyi iddia olunur.
Paylaş:
Müəllif : Yazar
Tarix:10-05-2022, 17:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Gəncə faciəsinin arxasında gizlənən korrupsiya – Zərərçəkmişlərin haqqı kimlərin ciblərinə gedir?

Deputatın külli miqdarda çox vergi borcu olan şirkəti Lənkəran Dövlət Universitetinin tenderini uddu / VİDEO

Vergi borcu olan şirkət Zakir Quliyevin rəis olduğu qurumdan daha 3 tender uddu - FOTOFAKT

İcra hakimiyyətinin işçiləri dövlət torpaqlarını kənar şəxslərə satırlar - Bu cavan başçıda belə....

"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -səbəb göstərilmədən əmək müqavilələrinə xitam verilir

VƏLİYEVLƏRİN TİCARƏT MƏRKƏZİ HƏRRACA ÇIXARILIR -Hər ay toplanan yüz minlər hara xərclənib?

“Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri

Bu hospitalda cərrah əvəzinə "dəllal"lar işləyir: Nilufəri ÖLDÜRƏN HƏKİM niyə həbs olunmur? - VİDEO

"Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər!

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ