Nostradamusun oğurlanan əlyazması Almaniyada tapıldı

Nostradamus kimi tanınan fransız astroloq Mişel de Nostredamın İtaliyanın paytaxtı Roma şəhərindəki kitabxanadan oğurlanan əlyazması Almaniyada hərraca çıxarılarkən aşkarlanıb.
Xarici KİV xəbər verir ki, Romadakı Barnabiti Tarixi Araşdırma Mərkəzi Kitabxanasından oğurlanan M.Nostredamın “Profetie di Michele Nostradamo” adlı latın dilindəki əlyazmasının dəqiq tarixi məlum olmasa da, kitabın 2007-ci ildə oğurlandığı bildirilir.
XVI əsrə aid təxminən 500 səhifəlik əlyazmanın oğurlanaraq Fransaya aparıldığı, burada “bit bazarı”nda satıldıqdan sonra Almaniyaya gətirildiyi müəyyən olunub.
Almaniyanın Ştutqart şəhərindəki hərrac evi kitabı hərraca çıxardıqdan sonra İtaliyanın mədəni irsi qoruma qrupları işin izinə düşüb. İtaliya polisinin Mədəni İrsin Qorunması Komandanlığı alman səlahiyyətliləri ilə əlaqə saxlayıb və əlyazmanın geri qaytarılmasını istəyib. Kitabın hərracda satılmasının qarşısı alınıb.
Almaniyada aparılan ekspertizalarda sözügedən kitabın İtaliyadan oğurlanmış əlyazma olduğu təsdiqləndikdən sonra onun geri qaytarılması prosesi başlayıb. Kitab yenidən Romadakı kitabxanaya gətirilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:9-05-2022, 19:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Gəncə faciəsinin arxasında gizlənən korrupsiya – Zərərçəkmişlərin haqqı kimlərin ciblərinə gedir?

Deputatın külli miqdarda çox vergi borcu olan şirkəti Lənkəran Dövlət Universitetinin tenderini uddu / VİDEO

Vergi borcu olan şirkət Zakir Quliyevin rəis olduğu qurumdan daha 3 tender uddu - FOTOFAKT

İcra hakimiyyətinin işçiləri dövlət torpaqlarını kənar şəxslərə satırlar - Bu cavan başçıda belə....

"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -səbəb göstərilmədən əmək müqavilələrinə xitam verilir

VƏLİYEVLƏRİN TİCARƏT MƏRKƏZİ HƏRRACA ÇIXARILIR -Hər ay toplanan yüz minlər hara xərclənib?

“Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri

Bu hospitalda cərrah əvəzinə "dəllal"lar işləyir: Nilufəri ÖLDÜRƏN HƏKİM niyə həbs olunmur? - VİDEO

"Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər!

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ