Azərbaycandan keçən və Süveyş kanalına rəqib olan Şimal-Cənub dəhlizi işə düşdü - FOTO

Finlandiyanın Helsinki şəhərindən Hindistanın Nava Şeva limanına ilk konteyner blok qatarı yola düşüb.
“ADY Konteyner” MMC-dən Oxu.Az-a verilən məlumata əsasən, dəhliz ilə ilk konteyner qatarı müvafiq olaraq Rusiya, Azərbaycan və İran ərazisindən keçməklə Hindistana çatdırılacaq.
Qatarın daşıdığı yük kağız məhsullarından ibarətdir. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin iştirakçı ölkələrinin müvafiq dəmir yolları operatorlarının sıx əməkdaşlığı nəticəsində həyata keçirilən bu layihə pilot xarakteri daşıyır.
Hazırkı pilot qatarın nəticələrindən asılı olaraq dəhliz üzrə qatarların hərəkəti mütəmadi olacaq. Konteynerlər yükləmə üçün Finlandiyaya göndərilmiş “ADY Konteyner” şirkətinə məxsus olan dəmiryolu platformaları ilə daşınır. Dəhliz üzrə blok qatar ümumilikdə 7 200 km məsafə qət edərək təyinat yerinə çatdırılacaq.
Qeyd edək ki, Hindistanla Rusiya və Şimali Avropa ölkələri arasında nəqliyyat bağlantısı yaradan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ölkəmizin tranzit imkanlarından istifadə baxımından vacib əhəmiyyətə malikdir. Qərb, Orta və Şərq marşrutlarından ibarət olan bu dəhlizin Qərb marşrutu Azərbaycan ərazisindən keçir. Bir müddət əvvəl Süveyş kanalında yaranmış vəziyyətin qlobal təchizat zənciri üçün təhdidlərini nəzərə alaraq, bu dəhlizin transkontinental yükdaşımalar üçün rolu tədricən arta bilər.

Paylaş:
Müəllif : Fuad
Tarix:21-06-2021, 17:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:21-06-2021, 17:14
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 12:37
Bu gün, 10:32
Bu gün, 10:30
Bu gün, 10:27
Dünən, 14:05
Dünən, 12:33
Dünən, 12:29
Dünən, 09:44
Dünən, 08:42
25-08-2025, 14:43
25-08-2025, 11:59
25-08-2025, 11:52
Bu gün, 12:37Gəncə faciəsinin arxasında gizlənən korrupsiya – Zərərçəkmişlərin haqqı kimlərin ciblərinə gedir?
Bu gün, 10:32Deputatın külli miqdarda çox vergi borcu olan şirkəti Lənkəran Dövlət Universitetinin tenderini uddu / VİDEO
Bu gün, 10:30Vergi borcu olan şirkət Zakir Quliyevin rəis olduğu qurumdan daha 3 tender uddu - FOTOFAKT
Bu gün, 10:27 İcra hakimiyyətinin işçiləri dövlət torpaqlarını kənar şəxslərə satırlar - Bu cavan başçıda belə....
Dünən, 14:05"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -səbəb göstərilmədən əmək müqavilələrinə xitam verilir
Dünən, 12:33VƏLİYEVLƏRİN TİCARƏT MƏRKƏZİ HƏRRACA ÇIXARILIR -Hər ay toplanan yüz minlər hara xərclənib?
Dünən, 12:29“Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri
Dünən, 09:44Bu hospitalda cərrah əvəzinə "dəllal"lar işləyir: Nilufəri ÖLDÜRƏN HƏKİM niyə həbs olunmur? - VİDEO
Dünən, 08:42"Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər!
25-08-2025, 14:43Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ
25-08-2025, 11:52