ABŞ ÇİNİN HƏRBİ ÜSTÜNLÜYÜNÜ ETİRAF EDİR - 3 istiqamət üzrə

Çin ordusu Amerika Birləşmiş Ştatlarının (ABŞ) ordusunu minimum 3 müdafiə istiqaməti üzrə üstələyir - gəmi tikintisi, raket və hava-hücumundan müdafiə (HHM) sistemləri üzrə. Bu barədə Pentaqonun Konqres üçün hazırladığı hesabatda söhbət açılır.
Qeyd edilir ki, Çin ordusu artıq 350 hərbi gəmi və sualtı qayığa malikdir. ABŞ ordusunun sərəncamında isə 293 gəmi və sualtı qayıq var.
Bu zaman səmaaltı ölkənin sərəncamında uçuş məsafəsi 500 - 5,5 min kilometr olan 1250 ədəd qanadlı və ballistik raket var. ABŞ Müdafiə Nazirliyinin əlində isə uçuş məsafəsi 70-300 kilometr olan yalnız bir tip ballistik raket var.
Bundan başqa, Rusiyadan edilən silah tədarükü sayəsində Çin inteqrasiya olunmuş HHM sistemləri üzrə ABŞ-ı üstələyir. Səmaaltı ölkənin sərəncamında S-400 və S-300 sistemləri, üstəlik də öz istehsalı olan komplekslər var.
Çin hakimiyyəti ordunu təkmilləşdirməkdə davam edir, xüsusilə nüvə potensialını modernləşdirir və möhkəmlədir.
Paylaş:
Müəllif : Fuad
Tarix:3-09-2020, 08:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:3-09-2020, 08:21
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 08:52
Dünən, 20:06
Dünən, 09:44
21-08-2025, 14:42

Dələduzluqda ittiham olunan Seymur Orucovun komandası: Ağstafada icra nümayəndəsi sosial yardım adı ilə pul alır….

Sədərək Mərkəzi Xəstəxanasının tibbi avadanlıqları hansı məmur tərəfindən oğurlanıb? - "Niyə digər yerlərdən işçi götürür?"

Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi - TƏFƏRRÜAT