“ABŞ artıq sualtı qayıqlarda kiçik qüvvəli nüvə başlıqlarını yerləşdirməyə başlayıb” - Pentaqon

ABŞ sualtı qayıqlarda “W76-2” tipli aşağı qüvvəli nüvə başlıqlarını yerlşdirməyə başladığını bəyan edib.Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu informasiya müdafiə naziri Mark Esper tərəfindən, kolumbiyalı həmkarı Karlos Truxilyo ilə görüşdən sonra keçirilən mətbuat konfransında təsdiqlənib.
Onun sözlərinə görə bu raketlər Vaşinqtona hər an silahlı qarşdurmaya hazır olduğunu göstərmək, habelə qarşı tərəfi münaqişədən çəkindirmək üçün lazımdır.
“Aşağı qüvvəli nüvə başlıqları prezidentə müxtəlif hərəkət variantlarını seçməyə imkan verir. Biz əlmizdə münaqişələri durdurmaq iqtidarında olan bir çox vasitənin olmasını istəyirik. Əlbəttə ilk öncəliymiz savaşın önünü kəsməkdir, lakin zəruri halda biz onu udmağa da hazır olmalıyıq”,-deyə Pentaqonun rəhbəri bildirib.
Bununla bərabər Mark Esper ABŞ tərəfinin Strateji silahlanmanın məhdudlaşdırılması (SSM-3) kimi sazişlərin müddətini artılrıb-artırılmayacağı ilə bağlı suallarına cavab verməkdən boyun qaçırıb.
Qeyd olunur ki, Rusiya tərəfi, xarici işlər naziri Sergey Ryabkonun dilindən bununla bağlı çıxan xəbərlərə kəskin reaksya verib.
Lakin RF rəsmisi həmin raketlərin ölkənin müdafiə qabiliyyəti və milli təhlükəsilziyi üçün təhdid törətmədiyini vurğulayıb.
Bundan daha öncə, ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Con Rud “W76-2”larla bağlı xüusi bəyanat verib.
Sənəddə nazirliyin “kiçik qüvvəli nüvə raketləri sayəsində ABŞ və onun müttəfiqləri üzərində üstünlük təmin etdiyini düşünən Rusiya kimi potensial düşmənlərə qarşı cavab məqsədilə öz ballistik raketlərinin modernləşdirmə işlərinə başladıqları” xüsusi vurğulanıb.
Bu ilin yanvar ayında isə Pentaqonun atom raketlər daşıya bilən strateji sualtı qayıqlara TridentII (D5) qitələrarası ballistik raketləri yükləməyə başladığı məlum olub.
Verilən roqnozlara əsasən ən az 20 Trident II (D5) raketləri “W76-2” başlıqları ilə təchiz olunacaq. Özü də bir raketə bir neçə başlıq qoyula biləcək.
Bu sualtı gəmilərdən biri, “Ohio-Tennessee” 2019-cu ilin dekabrından ABŞ-ın Atlantik okeanın “Kings-Bay” strateji bazasından döyüş növbəsinə çıxmağa başlayıb.
Paylaş:
Müəllif : Redaktor
Tarix:8-02-2020, 22:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:8-02-2020, 22:50
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 10:44
Bu gün, 10:38
Bu gün, 08:56
Dünən, 15:41
Dünən, 15:06
Dünən, 12:22
Dünən, 12:18
Dünən, 12:15

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II