İslamabada qoşun yeridildi

Pakistanın Daxili İşlər Nazirliyi paytaxtda təhlükəsizliyi təmin etmək məqsədilə ordu hissələrinin İslamabada yeridildiyini açıqlayıb.
“Geo TV” telekanalı xəbər verir ki, bu barədə qərar hazırda paytaxtda davam edən ümummilli etiraz aksiyası fonunda verilib.
Telekanal bildirib ki, ölkə rəhbərliyi hərbçilərə təşviqatçılara və ictimai asayişi pozanlara qarşı qətiyyətli tədbirlər görmək səlahiyyəti verib. Bununla yanaşı, hərbçilərə ehtiyac olduğu halda şəhərin istənilən bölgəsində komendant saatı tətbiq etməyə icazə verilib.
Aksiya iştirakçıları ilə polis arasında ilk qarşıdurma noyabrın 26-na keçən gecə baş verib. Bu zaman bir neçə etirazçı avtomobillərini polis əməkdaşlarının üzərinə sürüb. Nəticədə 4 nəfər həlak olub, daha 7 polis yaralanıb.
Qeyd edək ki, noyabrın 24-də müxalif “Ədalət naminə hərəkat” partiyası ümümmilli etiraz aksiyasına başlayıb. Etirazçıların məqsədi federal hakimiyyəti öz tələblərini yerinə yetirməyə vadar etməkdir. Sözügedən bu tələblərə isə oktyabrda respublika konstitusiyasına edilən dəyişiklikləri ləğv etmək, fevralda baş tutmuş parlament seçkilərinin nəticələrinin yenidən nəzərdən keçirilməsi, partiyanın qurucusu və ölkənin keçmiş Baş naziri İmran Xan da daxil olmaqla siyasi məhbusların azad edilməsi daxildir.
Paylaş:
Müəllif : Fuad
Tarix:26-11-2024, 10:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var