ABŞ bu raketlərlə də Rusiyaya zərbə endirməyə icazə verib

“ABŞ Ukraynaya Rusiyanın dərinliklərinə zərbə üçün Britaniya istehsalı “Storm Shadow” raketlərindən istifadə etməyə icazə verib”.
Bu barədə məlumatı Dauninq-stritdəki mənbəyə istinadən “The Times” qəzeti yayıb.
Qəzetin məlumatına görə, sözügedən raketlərdən istifadəyə icazəni ABŞ-nin prezidenti postunu tərk etməyə hazırlaşan Co Baydenin administrasiyası verib. Bildirilib ki, “Storm Shadow” raketlərini Amerika sistemləri olmadan istifadə etmək mümkün olmadığından bunun üçün Vaşinqtonun da icazəsi tələb olunur.
Bununla yanaşı, Böyük Britaniyanın Baş naziri Kir Starmer və ölkənin hökumət üzvlərinin məsələ ilə bağlı rəsmi açıqlama verməyəcəkləri qeyd olunub.
Xatırladaq ki, noyabrın 17-də ABŞ Prezidenti Co Bayden ilk dəfə Ukraynaya Birləşmiş Ştatların ATACMS uzaqmənzilli raketləri ilə Rusiyanın ərazisinə zərbələr endirməsinə icazə verib. Noyabrın 19-da isə “RBK-Ukraina” ölkənin Müdafiə Qüvvələrindəki mənbəyə istinadən Ukrayna Müdafiə Qüvvələrinin Rusiya ərazisinə ilk dəfə ATACMS ballistik raketləri ilə zərbə endirildiyini yazıb. Həmin gün Rusiya Müdafiə Nazirliyi bu faktı təsdiq edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:20-11-2024, 19:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var