“Kreml BCM-in orderi ilə bağlı İrəvandan təminatlar istəyir”

“Kreml Rusiya Prezidenti Vladimir Putinin Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) orderi əsasında mümkün həbsi məsələsi ilə bağlı İrəvandan müəyyən təminatlar almağa ümid edir”.
RegionXəbərləricom.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Kremlin rəsmi sözçüsü Dmitri Peskov danışıb.
“Əlbəttə, burada bizim erməni tərəfdaşlarımızdan müəyyən təminatlar almaq çox vacibdir. Bu məsələ ikitərəfli dialoq çərçivəsində həll edilməlidir. Biz artıq bu barədə demişik, sözsüz ki, Ermənistanın bu beynəlxalq statuta qoşulması ilə bağlı yeni reallıq ikitərəfli münasibətlərimizə mənfi təsirsiz ötüşə bilməz”, - deyə Peskov qeyd edib.
Qeyd edək ki, Ermənistan fevralın 1-dən rəsmi olaraq Beynəlxalq Cinayət Məhkəməsinin üzvüdür. Ölkə Roma statutuna qoşulan 124-cü dövlət olub. Bununla da, Beynəlxalq Cinayət Məhkəməsinin çıxardığı qərarlar Ermənistan tərəfindən də icra olunmalı olacaq. İrəvan ilk olaraq bu barədə niyyətini bəyan etdikdə Rusiya XİN açıqlama yayaraq Ermənistanın bu qərarının qəbuledilməz olduğunu bildirmişdi. Belə ki, BCM ötən ilin mart ayında Rusiya Prezidenti Vladimir Putini Ukraynada törədilmiş hərbi cinayətlərə görə cavabdeh olmaqda ittiham edərək həbsinə order verib. Putin Ermənistana səfər edərsə, Roma Statutuna əsasən, bu ölkədə həbs olunmalıdır.
Paylaş:
Müəllif : Fuad
Tarix:12-02-2024, 15:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var