reklam
Regionxeberlericom.az » Cəmiyyət » Britni Spirs səhnəyə qayıtmayacaq: "Bilmədiyiniz çox şey var..."

reklam

Britni Spirs səhnəyə qayıtmayacaq: "Bilmədiyiniz çox şey var..."











Amerikalı pop-diva Britni Spirs yeni musiqi albomu üzərində işlədiyi və səhnəyə çıxmağa hazırlaşdığı barədə şayiələrdən danışıb.

"DogruXeber.az" xəbər verir ki, "Instagram" səhifəsində sənətçi bir daha musiqi sənayesinə qayıtmayacağını bildirib. O, mahnı sözlərini yenidən səhnədə çıxış etmək istədiyi üçün yox, əylənmək üçün yazdığını əlavə edib.

"Mən yazanda əylənmək üçün yazıram, ya da başqaları üçün yazıram. Kitabımı oxuyanlar üçün deyim ki, mənim haqqımda bilmədiyiniz çox şey var... Son 2 ildə başqa insanlar üçün 20-dən çox mahnı yazmışam", deyə sənətçi bildirib.

Bundan əlavə, Spirs mahnılarının ifaçılarından onun müəllifliyini göstərmələrini tələb etmədiyini deyib.

Qeyd edək ki, Britni Spirs "Gremmi" və digər nüfuzlu mükafatların qalibidir. "Baby One More Time" debüt albomu onu bütün dünyada məşhurlaşdırıb və eyni adlı sinqlı "Billboard Hot 100 chart"də birinci olub. Bu albomdan beş mahnı hit olub.

Spirs təkcə musiqidə deyil, kinoda da özünü sübut edib. 2002-ci ildə ekranlara çıxan "Yol ayrıcı" filmində baş rolu oynayıb. Onun 2018-ci ildəki gəliri 30 milyon dollar olub.

Sənətçi son illər səhnədə çıxış etmir. Musiqidən yazarlığa keçib. O, bestsellerə çevrilən "İçimdəki qadın" adlı xatirələr kitabını dərc edib.




Paylaş:


Müəllif : Tarix:
5-01-2024, 11:20
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər