reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bürclər- 3 dekabr

reklam

Bürclər- 3 dekabr














Qoç, 3 dekabr, 2023-cü il

Gün sizin üçün çox faydalı keçəəck. Bütün önəmli işlərinizi günün birinci yarısı həll etməyə çalışın.   Bu gün elə bir gündür ki, əvvəlcə problemlərinizi həll etmək, sonra isə dünyanı yaxşılığa doğru dəyişdirmək şansınız var. İntuisiya birmənalı şəkildə sizə kimin köməyinizə ehtiyacı olduğunu deyəcək. Siz isə, belə insanları xilas etməyə tələsməlisiniz.

Yeni dostlar tapmaq asandır. Fikirləriniz çoxlarının xoşuna gəlir. Hətta yeni tanış olduğunuz insanlarla belə, dərhal anlaşa bilirsiniz.

Günün ikinci yarısında xoş xəbərlər alacaqsınız.  Bu xəbərlər sizi planlarınızı dəyişməyə və qeyri-adi, lakin çox maraqlı bir işə başlamağa ruhlandıracaqlar.

Buğa, 3 dekabr, 2023-cü il

Nə baş verməsindən asılı olmayaraq, yaxşı əhval-ruhiyyədə qala bilirisniz.  Və ən doğru olan da budur.  Bu gün bəzi çətinliklər yarana bilər.

Amma  siz onları aradan qaldırmağın yolunu tapacaqsınız. Hətta siz istəməsniz belə,  köhnə tanışlar bu işdə sizə kömək edəcəklə.

Qeyri-adi görüşlər gözlənilir.  Bu görüşlər sonradan həyatınızda mühim rol oynaya bilər.

İntuisiya o qədər güçlüdür ki, ilk dəfə qarşılaşdığınız insan haqqında belə,   dərhal düzgün təəssürat yaratmağa kömək edir. Günün ikinci yarısı gözlənilməz mənbələrdən nağd pul daxilolmaları vəd edir.

Əkizlər, 3 dekabr, 2023-cü il

Günün ilk yarısında heç kimlə mübahisə etməyin.

Bu o qədər də asan olmasa da, sizin üçün çox önəmlidir.

Siz əsəbi və səbirsizsiniz. Başqalarında haqqınız olmasa belə, çox şey tələb edirsiniz. Sizə yaxınlaşmaq çətin olsa da, bəziləri bunu bacara bilir.

Bu gün cəsarətli səylərinizi dəstəkləyən insanlar bir müddət sonra etibarlı müttəfiqə çevriləcəklər.

Günün ikinci yarısı çox asan olacaq və daha əyləncəli keçəcək. Bu gün bir çox cəhətdən şanslı olacaqsınız. Bəzən bir şey haqqında düşünmək  sizə kifayət edir və siz hədəfinizə yaxınlşamağa başlayırsınız.

Günün ikinci yarısı yaxınlarınızla ünsiyyət və bəzi ailə məsələlərinin həlli üçün əlverişli olacaq.

Xərçəng, 3 dekabr, 2023-cü il

Əsəbləşməyin, özünüzü sakitləşdirməyə çalışın. Sakit davransanız və xırda şeylərdən narahat olmasanız, gün uğurlu olacaq.

Düşünülmüş qərarlar  doğru olacaq.   Çalışın ki, qərar qəbul edərkən heç kimi dinləməyəsiniz.

Ətrafınızdakı insanlar tez-tez cəsarətli fikirlərini sizinlə bölüşəcək, planlarından danışacaq və sizə “qızıldan dağlar” vəd edəcəklər.

İşlərə real baxmağa çalışın, illüziya yaratmayın, xəyallarla yaşamayın. Real yaşayan insanların sonradan peşman olmur.  Belə olarsa,  vaxtınızı və enerjinizi boş yerə sərf etməyəcəksiniz.

Bu gün yaxınlarınızın dəstəyinə həmişəkindən daha çox ehtiyacınız var. Çox şey haqqında danışmaq, təcrübələrimi bölüşmək istəyirsiniz.  Bunun üçün doğru anı seçmək vacibdir.

Şir, 3 dekabr, 2023-cü il

Planları dərhal həyata keçirmək həmişə mümkün olmur. Gün sürprizlərlə dolu olacaq. Onların heç də hamısı xoş olmayacaq.  İşdə gecikmələr, həmkarlar, rəhbərlik və iş ortaqları ilə fikir ayrılıqları ola bilər. Sakit və mehriban qalmaq vacibdir. Hər kəslə yaxşı münasibət qurmağa çalışın. Bu gün yaranan münaqişələr uzana bilər. Bu isə demək olar ki, sizə lazım deyil.

Köhnə tanışlarla, sizi yaxından tanıyan insanlarla ünsiyyət qurmaq imkanı yaranacaq. Bu gün sizin üçün çox faydalıdır. Çoxdandır sizi narahat edən suallara bu gün cavab tapa bilərsiniz.

Qız, 3 dekabr, 2023-cü il

Xırda anlaşılmazlıqlar və yorucu hadisələr diqqətinizi ciddi bir işə cəmləməyə mane olur. Amma başladığınız işi tez bitirməlisiniz. Bu səbəbdən də,  diqqətinizi yayındırmamağa çalışın. Başqalarının məsləhəti ilə deyil, öz sağlam düşüncənizi rəhbər tutmaq daha yaxşıdır.

Niyə bu şəkildə davrandığınızın səbəbini demək olar ki, heç kim başa düşmür.

Gün önəm verdiyiniz insanlarla görüş üçün münasibdir. Siz fikir ayrılıqlarından və anlaşılmazlıqlardan qorxmadan çox şey haqqında danışa bilərsiniz. Yaxınlarınızla uzaq gələcək üçün planları müzakirə edə bilərsiniz.  Son vaxtlar bəzi insanların sizə əli çatmadığı üçün  narazılıqlarını  eşidə bilərsiniz.

Tərəzi, 3 dekabr, 2023-cü il

Hərəkətlərə və ya dərhal  nəticə əldə etməyə tələsməyin. Günün birinci yarısı uğurlu olmayacaq.

Planlarınızı tənzimləməyə çalışın. Nə etmək istədiyinizi öncədən  düşünün və  atacağınız addımlarınıza inamınız olsun.

Həmkarlarla mübahisələrə görə bütün iş məsələlərini vaxtında həll etmək olmayacaq.

Ancaq zaman keçdikcə vəziyyət yaxşılığa doğru dəyişəcək.

Günortadan sonra ulduzlar sizin tərəfinizdə olacaq, hər şeydə sizi dəstəkləməyə başlayacaqlar. Yeni başlanğıclar üçün münasib dövrdür. Həyatın bütün sahələrində təşəbbüskar olmağa çalışın.  Ətrafdakılar sizi həvəslə dəstəkləyəcəklər.

Əqrəb, 3 dekabr, 2023-cü il

Çoxlu yeni ideyalar ortaya çıxacaq.  Onları həyata keçirməyə tələsin. Çünki indi şərait əlverişlidir və vaxt itirməyə dəyməz. Ətrafınızdakılar sizə kömək etməyə hazırdır. Daha əvvəl ünsiyyətdə olduğunuz insanlara etibar edə bilərsiniz.

Onlar sizi ruhdan salmayacaqlar. Yeni tanışlarla daha diqqətli davranmağa çalışın. Onların sizə zərər verə biləcəyindən qorxursunuz.

Günün ikinci yarısı yaxınlarınızla ünsiyyət üçün əlverişli zamandır. Anlaşılmazlıqdan qorxmadan vacib işlər  haqqında danışın, fikirlərinizi və planlarınızı bölüşün. Dəstək alacaqsınız.

Oxatan, 3 dekabr, 2023-cü il

Günün başlanğıcı mühüm qərarlar qəbul etmək, vədlər vermək üçün münasib olmayacaq.  Öz hisslərinizi başa düşməyə çalışın. Mövcud vəziyyəti düzgün qiymətləndirmək sizin üçün çətin ola bilər. Bəzi Oxatanlar özlərinə çox güvənirlər. Bəzən isə,  öz güclərinə güvənməli olduqları yerdə başqalarına güvənirlər.

Günün ikinci yarısı tamamilə fərqli, məhsuldar olacaq. Planlaşdırdığınızdan daha çoxunu etməyə vaxtınız olacaq. Köhnə dostlar sizə çox kömək edəcək.  Onlarla ünsiyyət qurmaq sizin üün çox xoş olacaq.  Başa düşürsünüz ki,  siz birlikdə çox şey edə bilərsiniz.

Oğlaq, 3 dekabr, 2023-cü il

Günün birinci yarısı yığılmış məsələlərin öhdəsindən gəlməyə və əvvəllər başlayan işləri sakitcə tamamlamağa çalışın.  Son zamanlar çox düşündüyünüz suallara cavab tapa biləcəksiniz.  Tələsmir, hər addımı düşünür, buna görə də səhv etmirsiniz.

Günorta ciddi mövzular üzərində düşünmək üçün əla vaxtdır.   Əhəmiyyətli bir qərar verəcəksiniz.  Bu qərar hadisələrin gələcək inkişafını müəyyən edəcək bir qərar olacaq.  Bu gün atdığnız addımların çoxu ətrafınızdakıların həyatını yaxşılığa doğru dəyişəcək.

Dolça, 3 dekabr, 2023-cü il

Günün birinci yarısı vacib görüşlər, ciddi mövzularda söhbətlər və son zamanlar hər kəsi narahat edən suallara cavab axtarmaq üçün əlverişlidir. Heç kim sizi aldada bilmir.

Daxil olan bütün məlumatları yoxlamağa və intuisiyaya güvənərək düzgün qərarlar qəbul etməyə çalışırsınız.

Günün ikinci yarısı yaradıcılıq, təxəyyül və ixtiraçılıq tələb edən istənilən iş üçün əlverişli  olacaq.

Hamının seçdiyi yola deyil,  yeni bir yola üstünlük verirsiniz.   Məqsədinizə çatmaq üçün yeni yollar axtarırsınız. Hər şey yaxşıdır, yolundadır…

Balıq, 3 dekabr, 2023-cü il

Bu gün sizin üçün çox asan və xoş bir gün olacaq.

Heç bir şey üçün ciddi narahat olmağa ehtiyac yoxdur. Ulduzların dəstəyini hiss edirsiniz, ona görə də həvəslə yeni işlər görürsünüz. Müxtəlif yeni işlər götürə bilərsiniz.  İşlərinizdə sizə dostlar və yeni tanışlar sizə kömək etməyə çalışır.  Tezliklə onlara təşəkkür etməyin bir yolunu tapacaqsınız.

Gün sizin üçün vacib olan insanlarla ünsiyyət üçün münasibdir. Ətrafınızdakıların ruhunda nə olduğunu və onların nə hiss etdiyini başa düşdüyünüz üçün insanlarla yaxşı yola gedirsiniz.

Çətin vəziyyətdə sevgilinizə kömək etmək şansı yaranacaq.




Paylaş:


Müəllif : Tarix:
2-12-2023, 23:48
Sikayət   


loading...
Загрузка...