Naziri ciddi cəza gözləyir - TƏFƏRRÜAT

Çinin müdafiə naziri general Li Şanfunun tutduğu vəzifədən və Dövlət Şurasının üzvlüyündən uzaqlaşdırılması Qərb mətbuatının əsas xəbərlərindəndir. Bu məlumat uzun müddət gizli saxlanılıb. Halbuki, Çinin müdafiə nazirinin aylarla yoxa çıxması onun vəzifəsindən azad edildiyi, hətta həbs olunduğu şübhələrini artırmışdı. Li Şanfu avqustun sonundan bəri ictimaiyyət qarşısına çıxmayıb. O sonuncu dəfə avqust ayında Rusiya və Belarusda səfərdə olub. Ümumçin Xalq Nümayəndələri Konqresinin Daimi Komitəsi müdafiə nazirinin işdən uzaqlaşdırıldığı xəbərini təsdiq edib.
Qərb mətbuatında yazılanlara görə, Li Şanfunun vəzifədən uzaqlaşdırılması Müdafiə Nazirliyində korrupsiya faktları ilə bağlıdır. “Washington Post” bu iddianı təsdiq edən yazı yayımlayıb. “The Wall Street Journal” nəşri isə keçmiş müdafiə nazirinin həbsxanada saxlanıldığını yazıb.
Müdafiə nazirinin vəzifəsindən azad edilməsinin başqa versiyası da var. “Daily Mail” nəşrinin yazdığına görə Çinin atom sualtı gəmilərindən biri avqustun 21-də dənizdə qəzaya uğrayıb və nəticədə xeyli çinli hərbçi həlak olub. Pekin bu məlumatı təsdiq etməyib. Buna baxmayaraq, ABŞ və Böyük Britaniyanın kəşfiyyat xidmətləri Çinin sualtı gəmisinin qəzaya uğradığına dair məlumatlara malikdir. Yəni Çin hakimiyyəti baş verən qəzaya görə müdafiə nazirini günahlandıra bilərdi.
“South China Morning Post” qəzeti diqqəti ona çəkir ki, Li Şanfun Çində istefaya göndərilən ikinci yüksək rütbəli şəxsdir. Müdafiə nazirindən bir neçə ay əvvəl xarici işlər naziri Tsin Qanq yoxa çıxmışdı. Daha sonra onun da istefaya göndərildiyi xəbəri yayıldı. “Reuters” agentliyinin məlumatına görə, istefaya göndərilən nazirləri vaxtilə ölkənin lideri Tsin Cinpin irəli sürmüşdü. Cinpin onlara inanırdı.
Çində yüksək vəzifələrlərinin korrupsiyaya qurşanması adi haldır. Halbuki, korrupsiyaya görə Çində ömürlük həbs, hətta ölüm cəzası tətbiq olunur. Buna baxmayaraq, bu cür sərt tədbirlər də dövlət aparatında rüşvətin qarşısını almayıb. Çinin artan gəlirləri dövlət qurumlarında çalışanların bir qismini qanunsuz qazanc əldə etməyə həvəsləndirir. Qərb şirkətləri bəzən lazımi müqavilələr əldə etmək üçün çinli məmurlara rüşvət təklif edirlər. Bir sıra hallarda izdivac baş tutur. Görünür, Çinin müdafiə naziri və ona yaxın olan generallar müdafiə sisteminə ayrılan dövlət vəsaitindən “pay götürüblər”, ancaq sonda bu onlara baha başa gəlib. Çinin müdafiə nazirinin korrupsiya faktına görə həbsi xəbəri təsdiqlənərsə, bu Çinin imicinə böyük zərbə olacaq.
“Atlas” Araşdırmalar Mərkəzi
Paylaş:
Müəllif : Fuad
Tarix:25-10-2023, 12:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var