reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bürclər- 22 oktyabr

reklam

Bürclər- 22 oktyabr













Qoç, 22 oktyabr, 2023-cü il

Ciddi məsələlərə diqqət yetirin.

Bu gün onlarda uğur qazana bilərsiniz. Başqasının köməyinə və ya şanslı bir təsadüfə deyil, öz güclü tərəflərinizə güvənməyə çalışın.

Bu yanaşma düzgün olacaq.

Belə olarsa, məyusluqların və yalan ümidlərin qarşısını almış olarsınız.

Gün işəgötürənlər və ya biznes tərəfdaşları ilə görüşlər, həmçinin dövlət qurumları ilə əlaqə saxlamaq üçün münasibdir.

Bəzi Qoçlar bu gün daha çox öyrənməyə üstünlük verəcəklər.

Belə ki, onlar verilən məlumatlar dərhal qavraya biləcəklər.  Şəxsi münasibətlərdə problem olmayacaq, dostlarla ünsiyyət sizi sevindirəcək.

Buğa, 22 oktyabr, 2023-cü il

Sizi gərgin, hadisələrlə dolu gün gözləyir. Fikirlərinizi heç vaxt bəyənməyən insanlarla danışmağa və ya mübahisə etməyə çox vaxt sərf etməyin.

İşlə bağlı heç bir köməyə ehtiyacınız yoxdur.

Diqqətli olsanız, ən mürəkkəb problemlərin öhdəsindən yaxşı gələ bilərsiniz.

Bu gün həm də qeyri-adi görüşlər  gözlənilir.  Yeni tanışlıqlar sizdə güclü təəssürat yarada bilər.

Bu tanışlıqlar romantik münasibətlərə çevrilə bilər.

Ama həyacanlanmayın, başınızı itirməyin və  işlərinizdə tələsməyin.

Münasibətlər istədiyiniz qədər tez inkişaf etməyə bilər, amma sizə çoxlu parlaq emosiyalar bəxş edəcək.

Əkizlər, 22 oktyabr, 2023-cü il

Vaxtınızı boşa yerə xərcləməyin.  Bu gün çox şey yaxşı olacaq.

Vacib məsələləri həll etmək üçün ulduzların dəstəyindən istifadə etməyə dəyər.

Əvvəllər əldə etdiyiniz bilik və təcrübə sizin üçün faydalı ola  bilər.

Belə ki, məhz bu bilik və təcrübələrin sayəsində səhv etməyəcək və pis niyyətli insanların qurduğu tələlərə düşməyəcəksiniz.

Sevdiklərinizlə yola getmək bəzən çətin ola bilər.  Ancaq ciddi münaqişələrə yol verməyəcəksiniz.

Nəhayət hamı ilə yaxşı münasibət qurmağın bir yolunu tapacaqsınız. Axşam yaxşı xəbərlər gətirəcək. Ailədə xoş hadisələr gözlənilir.

Xərçəng, 22 oktyabr, 2023-cü il

Ciddi olun. Bu gün çoxlu narahatlıqlar gözlənilir.  Səbrli davranış nümayiş etdirsəniz, bir müddət sonra bunun üçün özünüzü tərifləyəcəksiniz. Emosiyaların və keçici impulsların təsiri altında qərarlar qəbul etməyin. məlisiniz. Fəaliyyət planı hazırlayın.

Hər addımı düşünmək üçün özünüzə bir az vaxt vermək daha yaxşı olar.

Fərqli insanlarla ünsiyyət qurmaq və onlara yanaşma tapmaq bacarığınız sayəsində bir çox işin öhdəsindən tez gələcəksiniz.

Böyük bir dostluğa və ya maraqlı romantik hekayəyə başlaya biləcək tanışlıqlar gözlənilir.

Şir, 22 oktyabr, 2023-cü il

Gün yaxşı keçəcək. Əvvəllər sizi çaşdıran, sıxıntıya salan  bir çox problem təəccüblü dərəcədə tez həll edilə bilər. Liderlik keyfiyyətləriniz bu gün xüsusilə aydın görünəcək.

Siz çox fərqli insanları birləşdirəcək və onlara motivasiya verəcəksiniz. Eyni zamanda özünüz üçün dəstəyi çox faydalı olacaq müttəfiqlər tapacaqsınız.

Tədqiqatlarda, yaradıcılıqda uğur qazana bilərsiniz.

Qeyri-standart həll tapmaq bacarığınız, eləcə də planınızı vaxtından əvvəl tərk etməyə imkan verməyən əzmkarlıq hissi sizə kömək edəcək.

Maliyyə sektorunda diqqətli olmalısınız. Çünki bu gün uğursuz əməliyyatlar gözlənilir.

Qız, 22 oktyabr, 2023-cü il

Günün birinci yarısı daha vacib işlərlə məşğul olmağa çalışın.

Sonradan qeyri-adi və gözlənilməz hadisələr ortaya çıxacaq, yeni narahatlıqlar və həll edilməli olan məsələlər meydana gələcək. Bu səbəbdən də diqqəti cəmləmək çətinləşəcək.

Bütün baş verənlərə baxmayaraq, ciddi səhvlərə yol verməyəcəksiniz.

Gün yaxşı keçəcək və bu sizi razı salacaq.

Bu gün eyni zamanda təşkilati məsələləri həll edə, sənədləşmə işləri ilə məşğul ola, məmurlarla ünsiyyət qura bilərsiniz. Gün həm də faydalı şeylər, məsələn, məişət texnikası almaq üçün münasibdir.

Ailə üzvləri və ya sizə yaxın olan digər insanlarla bağlı yaxşı xəbərlər alacaqsınız.

Tərəzi, 22 oktyabr, 2023-cü il

Bu gün heç bir işiniz plan üzrə getməyəcək.  Bəzi çətin işləri kənara qoyun, diqqətinizi daha asan işlərə yönəldin.

Günün birinci yarısı gözlənilməz hadisələr və xəbərlər ola bilər. Yaxınlarınızdan birinin köməyinizə və dəstəyinizə ehtiyacı ola bilər. Bəzi Tərəzilər ev işləri ilə o qədər məşğul olacaqlar ki, başqa işlərini ertələməli olacaqlar.

İntuisiyanızı dinləməyə dəyər.

İntuisiya sizə ən yaxşı şəkildə necə davranacağınızı söyləyəcək. Dostalrın məsləhətlərini dinləməyin. Onlar sizi ancaq çaşdıra bilər. Öz ağlınızla hərəkət edin.

Günün ikinci yarısı yeni imkanlar açacaq.

Çaşqınlığa qapılmayın,  təşəbbüsü vaxtında ələ almağa çalışın.

Əqrəb, 22 oktyabr, 2023-cü il

Demək olar ki, hər gün mübahisənin içindəsiniz.   Çalışın ki, bu mübahisələrə çox enerji sərf etməyəsiniz.

Sizinlə razılaşmayanları inandırmağa çalışmyın.  Bəzən heç kimə  önəm vermədən öz tərzinizlə hərəkət etmək daha yaxşıdır. Bu yaxınlarda ağlınıza gətirdiyiniz qeyri-adi ideyaları, cəsarətli planları həyata keçirmək şansı yaranacaq.

Təbi ki, bəzi çətinliklər olacaq. Lakin intuisiya tezliklə doğru yolda olduğunuzu sizə xəbər verəcək.

Pulla diqqətli olmalısınız. Kreditlə alış-veriş etmək və özünüzü ciddi maliyyə öhdəliklərinə bağlamaq arzuolunmazdır.

Oxatan, 22 oktyabr, 2023-cü il

Günün ilk yarısı sakit keçəcək. Heç bir problem gözlənilmir.  Eyni zamanda bu saatlar köhnə tanışlar və etibarlı müttəfiqlərlə ünsiyyət üçün əlverişli olacaq.

Onlar faydalı məlumatları bölüşəcək, məntiqli məsləhətlər verəcək və ehtiyacınız olduqda köməkdən imtina etməyəcəklər.

Bu gün ciddi məsələlərin həll olunması, konsentrasiya və xırda detallara diqqət tələb edən işlərlə məşğul olmaq üçün uyğun gündür.

Günün ikinci yarısı isə əksinə, gözlənilməz hadisələrlə zəngin olacaq. Ancaq vəziyyətdən tez bir zamanda öz xeyrinizə istifadə edə biləcəksiniz.

Baş verənlərdən faydalanacaqsınız.

Oğlaq, 22 oktyabr, 2023-cü il

Gün qeyri-standart məsələlərin həlli və çətin suallara cavab tapmaq üçün münasibdir. Detallara diqqət yetirmək, başqalarının gözündən qaçan məsələlərə diqqət yetirmək bacarığınız var.  Müşahidə qabiliyyətiniz sayəsində siz dəyərli məlumatları vaxtında alacaq, düzgün nəticələr çıxaracaq və kiçik səhvlərdən belə qaçacaqsınız.

Nağd pul daxil olma ehtimalı var. Son zamanlar sizi narahat edən maliyyə məsələləri uğurla həll olunacaq. Günün ikinci yarısı xüsusilə ev işləri, yaxınlarınızla ünsiyyət, ailə hadisələri üçün əlverişli olacaq.

Dolça, 22 oktyabr, 2023-cü il

Qətiyyətli olun. Vaxtınızı boş yerə sərf etməsəniz, özünüz və başqaları üçün çox faydalı işlər görmüş olacaqsınız.

Şərait həm əvvəllər başladığınız işi başa çatdırmaq, həm də tamamilə yeni bir işə başlamaq üçün əlverişli olacaq.

Yeni köməkçilər tapaacq və hər şeydə onlara arxalana bilərsiniz. Bu gün sırf iş münasibətləri kimi başlayan münasibətlər sonda dostluq xarakteri daşıya bilər.

Bu gün Dolçalar üçün çox əlverişli olacaq.  Onları çox xoş sürprizlər gözləyir. Axşam üçün planlaşdırılan səfər çox uğurlu olacaq.

Balıq, 22 oktyabr, 2023-cü il

Sakit qalmaq həmişəkindən daha çətin olacaq. Xırda hadisələr, xırda fikir ayrılıqları balansınızı poza bilər. Bəzi Balıqlar başqa vaxtlarda sadəcə diqqət yetirməyəcəkləri xırda şeylərdən ciddi şəkildə narahat olacaqlar. Əhəmiyyətli qərarlar verməyə tələsməyin.

Sizi yaxşı tanıyan və başa düşən insanların məsləhətləri bu gün xüsusilə faydalı olacaq.

Yeni tanışlarla ünsiyyətdə daha diqqətli olmalısınız. Sizi yoldan çıxara, çaşdıra, aldada bilərlər. Sizə deyilən hər şeyə inanmayın, sirlərinizi paylaşmayın, vədlər verməyin.




Paylaş:


Müəllif : Tarix:
21-10-2023, 22:28
Sikayət   


loading...
Загрузка...