Yas mərasimlərilə bağlı qadağa... - İlahiyyatçı

Yas mərasimlərində israf hallarının artması tez-tez müzakirə olunur. Zaman göstərdi ki, bu halların qarşısını təbliğat vasitəsilə almaq mümkün olmur. Belə görünür ki, qanunvericilik səviyyəsində qadağalar olmalıdır.
Bu sözləri açıqlamasında ilahiyyatçı Rəsul Mirhəşimli Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun “Yeni Müsavat”a geniş müsahibəsində yas mərasimləri ilə bağlı yaxın günlərdə tətbiq ediləcək qadağalarla bağlı dediklərinə münasibət bildirərkən deyib.
R.Mirhəşimli əlavə edib ki, mərasim zallarının sayının artması bu israfın geniş vüsət almasına səbəb olur:
“Hesab edirəm ki, qanunvericilik səviyyəsində qadağalar olmazsa, bunun qarşısını almaq mümkün olmayacaq. Çünki insanlar yas mərasimlərini dinin göstərişlərindən çox uzağa daşıyıblar. Buna görə də ən yaxşı vasitə problemi qanunvericilik səviyyəsində həll etməkdir.
Dinimiz dünyasını dəyişmiş mərhumun yaxınlarını üç gün ziyarət edib, təskinlik verməyi, mənəvi dayaq olmağı tövsiyə edir. Lakin insanlarımız yas mərasimlərini banket tədbirlərinə çeviriblər. Getdikcə artan israf yas sahibini çətin vəziyyətə salır. Ümid edirəm ki, qanunvericilik müstəvisində bu işi yoluna qoymaq mümkün olacaq”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:31-08-2019, 09:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:31-08-2019, 09:23
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 15:04
Bu gün, 14:39
Dünən, 20:43
10-09-2025, 14:09

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB

Eks-sevgilisindən Hidayətə ittihamlar - “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb”