Yağışlardan sonra çaylarda sululuq artıb - Sel təhlükəsi davam edir

“Mayın 31-də ölkədə yağan intensiv yağışlar nəticəsində əksər çaylarda sululuq artıb. Kiçik Qafqazın Şəmkir rayonu ərazisindən keçən hissəsində Şəmkirçay, eyni zamanda Dəstəfurçayda, Qəbələ rayonu ərazisində axan Dəmiraparançayda qısa müddətli sel keçib”.
Bunu açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev bildirib.
Onun sözlərinə görə, iyunun 1-i saat 13:00-a olan məlumata əsasən, artıq çaylar səviyyəsində nisbətən azalma müşahidə olunub. Digər çaylarda isə artım hazırda davam edir: “Kür çayının Qıraqkəsəmən məntəqəsində, Qanıx çayı, o cümlədən Dəstəfurçayın səviyyəsində nisbətən artım davam edir. Mayın 31-də Türyançay və Göyçayın hövzəsinə yağan intensiv yağışlar nəticəsində bu gün Qarasu çayında suyun səviyyəsi 42 sm artıb. Çaylarda suyun səviyyəsində nisbətən azalma müşahidə edilsə də, sel təhlükəsi hazırda qalmaqda davam edir”.
A.Verdiyev əlavə edib ki, yağıntılı hava şəraitinin iyunun 3-ü gündüzədək davam etməsi ilə əlaqədar istənilən çayın hövzəsində sel təhlükəsi qalır: “Ona görə də rayonlarda, sahilyanı ərazilərdə yaşayan əhali də ehtiyatlı olsun, bu müddətdə çayın məcrasına yaxınlaşmasınlar, uzaq olsunlar ki, xoşagəlməz hallarla üzləşməsinlər. Hazırda respublika çaylarında baş verən çayın rejimi haqqında məlumatlar izlənilir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:1-06-2023, 15:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto