reklam
Regionxeberlericom.az » Cəmiyyət » Azərbaycan Komitəyə üzv seçildi

reklam

Azərbaycan Komitəyə üzv seçildi
















Mayın 30-da UNESCO-nun mənzil-qərargahında “Mədəni dəyərlərin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında” 1970-ci il Konvensiyasına tərəf ölkələrin 7-ci sessiyası öz işinə başlayıb.

Xarici İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, sessiya zamanı, Konvensiyanın Yardımçı Komitəsinə İkinci Seçki Qrupundan (Şərqi Avropa və Mərkəzi Asiya) olduqca rəqabətli şəraitdə keçirilmiş seçkilər çərçivəsində Azərbaycan ən yüksək səs toplayaraq Konvensiyanın Yardımçı Komitəsinə üzv seçilib.

Seçkilərdə 1970-ci il Konvensiyasına tərəf 125 ölkə iştirak edib və onlardan 112 dövlət Azərbaycanın lehinə səs verib.





Paylaş:


Müəllif : Tarix:
30-05-2023, 22:59
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər