reklam
Regionxeberlericom.az » Cəmiyyət » Naxçıvan Şəhər Poliklinikasının baş həkimi işdən çıxarıldı

reklam

Naxçıvan Şəhər Poliklinikasının baş həkimi işdən çıxarıldı

















Naxçıvan Şəhər Poliklinikasının baş həkimi Səadət İbrahimova tutduğu vəzifədən azad edilib.

RegionXəbərləricom.az NUHÇIXAN-a istinadən xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Samiq Sadıxov müvafiq əmr imzalayıb.

Bildirilib ki, digər əmrlə həmin vəzifəyə Ləman İbrahimova təyin edilib.

1978-ci ildə Naxçıvan şəhərində doğulan Ləman İbrahimova Azərbaycan Tibb Universitetinin məzunu, həkim-kardioloqdur.

Qeyd edilib ki, sözügedən poliklinikanın fəaliyyəti kifayət qədər narahatlıq doğururdu. Xüsusilə, tibbi yoxlanış və arayışların verilməsi, tibbi sığorta göndərişləri ilə müayinə və müalicələrin təşkili və aparılması yarıtmaz halda idi və bu, əhalinin haqlı narazılığına səbəb olurdu.




Paylaş:


Müəllif : Tarix:
22-05-2023, 15:30
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər