reklam
Regionxeberlericom.az » Cəmiyyət » KİV: “Rusiya sülhməramlılarının komandiri dəyişir” – Şoyqunun adamı gəlir

reklam

KİV: “Rusiya sülhməramlılarının komandiri dəyişir” – Şoyqunun adamı gəlir

















“Rusiya hakimiyyəti sülhməramlıların Qarabağdakı komandiri Aleksandr Volkovu başqa bir şəxslə əvəzləyərək geri çağırmaq qərarına gəlib”.

Bu barədə Ermənistanın “Hraparak” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, yeni komandir general-polkovnik rütbəsinə malikdir:

“Rusiya müharibələrində iştirak etmiş mahir hərbçidir və Rusiya Müdafiə Nazirliyində iradəli keyfiyyətləri ilə tanınır. O, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun ən etibarlı adamlarından biridir, onunla uzun illər çalışıb. Belə desək, vəziyyəti nizamlamağa gəlir. Bu o deməkdir ki, Rusiya tərəfi Volkovun fəaliyyətindən narazıdır. Bizə Rusiya mənbələri bildirdilər ki, yeni komandirə Laçın dəhlizinin normal işləməsinin Rusiya Federasiyası üçün qırmızı xətt olduğu və yolda yerləşdirilən nəzarət-buraxılış məntəqəsinə müstəsna olaraq Rusiya hərbçiləri tərəfindən nəzarət edilməli olduğu bildirilib. Öyrəndik ki, Aleksandr Volkov artıq getməyə hazırlaşır. Güman edilir ki, yeni komandir yaxın günlərdə gələcək və ya artıq yoldadır”.

Qeyd edilib ki, yaxın vaxtlarda yeni komandir haqqında daha ətraflı məlumat təqdim ediləcək.




Paylaş:


Müəllif : Tarix:
25-04-2023, 16:02
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər