reklam
Regionxeberlericom.az » Cəmiyyət » Naxçıvanda Nərimanovun büstü niyə götürülüb? - Açıqlama

reklam

Naxçıvanda Nərimanovun büstü niyə götürülüb? - Açıqlama

















"Son günlər bir sıra informasiya portallarında və sosial media hesablarında Azərbaycanın görkəmli yazıçısı və dövlət xadimi Nəriman Nərimanovun Naxçıvan şəhərində yerləşən büstünün sökülməsi ilə bağlı həqiqəti əks etdirməyən informasiyalar yayılıb”.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Naxçıvan Şəhər İcra Hakimiyyətindən rəsmi açıqlama daxil olub.

Həmin açıqlamada deyilir:

“Bildiririk ki, dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparmadan, məsələnin mahiyyətini öyrənmədən və nəticələrini düşünmədən, ən əsası isə yaranmış vəziyyətdən sui-istifadə edərək ajiotaj yaratmaq məqsədilə tirajlanan bu cür informasiyalar qeyri-peşəkarlıq əlaməti olmaqla yanaşı, həm də media etikası baxımından yolverilməzdir və qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət  yaradır.

Diqqətə çatdırırıq ki, aparılan təmir-tikinti işləri ilə bağlı Nəriman Nərimanovun Naxçıvan şəhərinin Nizami küçəsindəki Böyük bağ adlanan ərazidə yerləşən büstü müvəqqəti götürülmüşdür. Yaxın günlərdə işlər başa çatdıqdan sonra büst yenidən həmin əraziyə qoyulacaqdır".




Paylaş:


Müəllif : Tarix:
3-04-2023, 10:49
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər