Amerikalı jurnalist Rusiyada saxlanıldı - "Vaqner"dən yazırdı
Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti Yekaterinburqda ABŞ vətəndaşı, "The Wall Street Journal"ın müxbiri Evan Gerşkoviçin saxlanıldığını açıqlayıb.
Xüsusi xidmətin iddialarına görə, Gerşkoviç Amerika tərəfinin göstərişi ilə hərəkət edərək, Rusiya hərbi-sənaye kompleksinin müəssisələrindən birinin fəaliyyəti ilə bağlı dövlət sirri təşkil edən məlumatlar toplayıb.
İdarədən bildirilib ki, jurnalist "məxfi məlumat əldə etməyə çalışarkən" saxlanılıb.
Casusluq maddəsi ilə (CM-nin 276-cı maddəsi, 20 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır) cinayət işi başlanıb.
Bundan əvvəl KİV-də Gerşkoviçin Yekaterinburqda yoxa çıxması barədə məlumat dərc olunmuşdu. Martın 29-da xəbər yayılmışdı ki, təhlükəsizlik qüvvələri bir nəfəri saxlayıblar.
Yaroslav Şirşikov adlı mütəxəssis həbs edilənin Evan Gerşkoviç olduğunu iddia edirdi. Şirşikovun sözlərinə görə, o, Yekaterinburqda yerli sakinlərin "Vaqner"ə və Rusiyanın Ukraynadakı "xüsusi əməliyyatına" münasibəti barədə məqalə yazmağa gələn amerikalı jurnalisti müşayiət edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:30-03-2023, 12:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II