“Oqtay fələyin yazısı ilə getdi“ - Xalq artisti
Xalq artisti Afaq Bəşirqızı da Oqtay Əliyevin ölümü ilə bağlı paylaşım edib.
Sənətçi bu barədə "Instagram" hesabında yazıb:
“Ölümün sərt üzü qocaya- cavana, doğmaya- yada, yaxına- uzağa, dost-düşmənə baxmaz. Gəldin, deməli, getməlisən. Sən də getdin, Oqtay, səni də ölüm apardı. Bir anın içində, nə bilim... Elmiraya, Vidadiyə, Elçinə, qızlarına necə verəcəyəm bu başsağlığını? Hələ onun adını çəkmirəm, onun adını çəkməyə qorxuram, onu görməkdən qorxuram... Dilarə...
Niyə belə oldu? Nə edim? Kimin yerinə səndən üzr istəyim, Dilarə? Oqtayın yoxluğunun bir zərrəsini nə ilə doldurum? Nə ilə alladım səni? Necə sənə yalan danışım? Bütün istedadımı, bütün aktyorluğumu işə salım, amma alınmayacaq, səni allada bilməyəcəyəm. Səni aldatmaq qeyri-mümkündür.
Dilarə, sənə qurban. Bilirəm, güclüsən, çiyinlərin həmişə yük altında olub. Yayda qış, qışda yay dərdi çəkmisən. Nə danışa bilirəm, nə sakitləşə bilirəm.
Cismin bu dünyadadır, amma ruhun artıq çoxdan çıxıb gedib. Oqtay fələyin yazısı ilə getdi. Rahat yat, qardaşım. O narahat ruhunla rahat yat. Başqa nə deyim... Səni yaşadacaqlar. Sənətkarların oğlusan, sənətkarın ömür- gün yoldaşı olmusan, balaların səni yaşadacaq.
Allah sənə rəhmət eləsin, dostum. Qalanlara səbr, dözüm, mətanət arzulayıram. Vəssalam...”
Paylaş:
Müəllif : Fuad
Tarix:23-03-2023, 10:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II