reklam
Regionxeberlericom.az » Cəmiyyət » İmamoğlu: “Seçki günü transformatorlara pişiklərin girməsinə imkan verməyəcəyik”

reklam

İmamoğlu: “Seçki günü transformatorlara pişiklərin girməsinə imkan verməyəcəyik”

















“Biz seçki günü qutularımızın başında olacağıq, bütün səslərimizi qoruyacağıq ki, işığın kəsilməsinə, transformatorlara pişiklərin girməsinə imkan verməyəcəyik. Bu seçkidə qutunu qorumaq ölkəmizi qorumaq deməkdir”.

Bu sözləri İstanbul bələdiyyəsinin sədri Ekrem İmamoğlu deyib.

İmamoğlu bildirib ki, onlar həm prezident, həm də parlament seçkilərində böyük uğurlar qazanacaqlar: “Lakin bunun üçün seçki qutularının təhlükəsizliyini təmin etmək lazımdır. Çünki seçkilərdə qalib gəlməyin yolu təkcə vətəndaşlardan səs almaq deyil, həm də səsləri qoruya bilməkdir. Gəlin birlikdə tarix yazaq. Biz millət olaraq bu seçkidə qalib gələcəyik. Biz birlikdə çalışacağıq və birlikdə uğur qazanacağıq. Hər şey çox gözəl olacaq”.

Xatırladaq ki, 30 mart 2014-cü il bələdiyyə seçkilərində paytaxt Ankarada elektrik enerjisi kəsilib. Daha sonra enerji naziri Taner Yıldız deyib ki, transformatora pişik girib.

 




Paylaş:


Müəllif : Tarix:
19-03-2023, 19:05
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər