reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bakıda yağış yağacağı ehtimalı var – Sabahın havası

reklam

Bakıda yağış yağacağı ehtimalı var – Sabahın havası


















Martın 16-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Cənub küləyi əsəcək.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, havanın temperaturu gecə 5-9° isti, gündüz 13-17° isti olacaq.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 759 mm civə sütununa enəcək.

Azərbaycanın rayonlarında səhər saatlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-7° isti olacaq.




Paylaş:


Müəllif : Tarix:
15-03-2023, 14:14
Sikayət   


loading...
Загрузка...