Türkiyənin Gəncədəki baş konsulu bu ailəyə görə Mingəçevirə gəldi - Foto
Türkiyənin Gəncədəki baş konsulu Mingəçevirdə bir tərəfi Azərbaycan, digər tərəfdə Türkiyə bayrağı ilə bəzədilən evin ailə üzvüləri ilə görüşüb.
əmin evdə 104 il əvvəl Abdulla Şamxalov adlı şəxs yaşayıb. O, 1918-ci ildə Nuru Paşanın Bakının azad olunmasında iştirak edən hərbçi olub.
Baş konsulun sözlərinə görə, əməkdaşımız Esmira Hidayətovanın bu barədə yazdığı məqalə onun diqqətini çəkib. Bu səbəblə Mingəçevirə səfər edib həmin ailə ilə görüşüblər. Hazırda mənzildə Abdulla Şamxalovun övladları, nəvələri, nəticələri yaşayır. A. Şamxalovun 5 övladının ən böyüyü Məhərrəm Şamxalov atası ilə qürur duyduğunu deyir. Hətta özündən kiçik qardaşı da Qarabağ döyüşlərində şəhid olub. Baş konsul ailə ilə yaxından tanış oldu. Bu görüş hər iki ailə üçün unudulmaz anlarla yadda qaldı. Daha sonra Mingəçevir Əli qəbirstanlığında uyuyan iki türk əsgərinin qəbirləri ziyarət olundu. Hər iki türk əsgəri 1918-ci ildə Nuru Paşanın qoşunu ilə Azərbaycana gəlib Bakının azad olunmasında iştirak edib və daha sonra geri qayıda bilməyib burada evlənib ailə, uşaq sahibi olublar.
Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürklə söhbət zamanı bildirdi ki, Mingəçevir onların ən çox sevdikləri şəhərdir:
“Bu gün sizinlə dostcasına yenidən görüşdüyüm üçün çox məmnunam. Qafqaz İslam Ordusunun əsgərlərindən olan Abdulla Yaqub oğlunun övladlarını və məzarını ziyarət etməyimizdən çox şad olduq. Onlar bizim Azərbaycanla Türkiyə arasındakı qardaşlığımızın nümunələrindəndir və qardaşlığını ən açıq şəkildə ortaya qoyaraq Bakının azad olunmasında Azərbaycan torpaqlarının bolşevik-erməni birləşmələrindən təmizlənməsində önəmli rol oynamışlar. Qarabağ savaşında da Türkiyə həmişə can Azərbaycanın yanıda olub. Biz bir millət, iki qardaş dövlətik və qardaşlığımızdan da qürur duyuruq. Mən bu gün Mingəçevirə öz ailəmlə birgə gəlmişəm və sizin qonaqpərvərliyiniz və şəhərin gözəlliyi insanı çox duyğulandırır. Mingəçevir və mingəçevirlilər həmişə xatirələrimizdə qalacaq”.
Esmira Hidayətova, Mingəçevir

Paylaş:
Müəllif : Fuad
Tarix:26-11-2022, 17:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

"WhatsApp"da arvadı ilə taksi sürücüsünün şəklini görübmüş - Dəhşətli cinayətin TƏFƏRRÜATI

2 saylı Uşaq Xəstəxanasından ŞİKAYƏT – “Analar saçlarını yuduğu üçün isti suyu kəsiblər”

Mülkiyyət və icarə hüququ olmayanların kənd təsərrüfatı torpaqlarındakı evləri ilə bağlı DİN-ə müraciət edilib

Talıbovların daha bir şirkəti üzə çıxdı - Rza Talıbov "Cagteks"ə nə qədər sərmayə qoyub?

BU NƏDİ BELƏ: Mənzillərin qiyməti “göydələn”lərin boyunu aşıb – Bakıda son 15 ilin rekordu