reklam
Regionxeberlericom.az » Cəmiyyət » Əvəz Zeynallı istintaq idarəsində dindirilir - Rəsmi + Yenilənib

reklam

Əvəz Zeynallı istintaq idarəsində dindirilir - Rəsmi + Yenilənib

















Əvəz Zeynallı Baş Prokurorluğun İstintaq idarəsində saxlanılaraq dindirilir.

Bu barədə Əvəz Zeynallının yaxınları sosial şəbəkədə bildiriblər.

Qeyd edək ki, Əvəz Zeynallının evində və ofisində axtarış aparılıb. Həmçinin,  vəkil Elçin Sadıqovun evində də axtarış aparılıb. Daha sonra isə onun ofisində axtarış davam etdirilib.

***16:53

Əvəz Zeynallı saxlanılıb.

Baş Prokurorluqdan Yeniavaz.com-a bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb.

Hazırda istintaq hərəkətləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

***16:14

Tanınmış jurnalist, “Xural TV”nin rəhbəri Əvəz Zeynallı Baş Prokurorluğun əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə siyasi fəal İlkin Rüstəmzadə paylaşım edib.

“Kafedə Kəramət, Şərif Ağayar və bir dostumuzla çörək yeyirdik, gəlib apardılar. Canlı yayım açmaq istədim zorla kobudluq edərək telefonumu əlimdən aldılar. Hazırda axtarış üçün Əvəz bəyin ofisinə gedirlər”, - deyə o qeyd edib.

Xatırladaq ki, bir neçə gün əvvəl Ə. Zeynallının səs yazısı yayılıb. Onun iş adamı Rasim Məmmədovdan şantajla 20 min manat aldığı iddia edilir.




Paylaş:


Müəllif : Tarix:
10-09-2022, 20:31
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər