Repititorluq 3 ilə LƏĞV OLUNACAQ - Ekspert danışır
“Repititorluq fəaliyyətinin ləğv olunması gündəmdədir. Hətta müzakirəsi gedən bu məsələnin yaxın 1-3 il ərzində ləğv olunması gözlənilir. Bunun əsas səbəbi imtahanların yeni qaydada keçirilməsi və beynəlxalq standartlara uyğun olması ilə əsaslandırılır”. Bu sözləri Bizim.Media-ya təhsil eksperti Elçin Əfəndi Təhsil Nazirliyinin sözügedən mövzu ilə açıqlamalarını şərh edərkən bildirib.
Onun sözlərinə görə repititorluq bu gün Azərbaycan təhsilində kölgə təhsili hesab olunur:
“Təbii ki, tamamilə bu fəaliyyəti ləğv edə bilməyəcəyik. Amma 80-90 faiz ləğvi mümkündür. Bunun üçün isə mütləq ümumtəhsil məktəblərində təhsilin keyfiyyətini qaldırmalıyıq. Bununla paralel olaraq qəbul proqramını fərqli istiqamətdə apararıqsa, o zaman şagirdlərin repititora ehtiyacı qalmayacaq”.
Elçin Əfəndi qeyd edib ki, biz Türkiyə modelini, yaxud inkişaf etmiş ölkələrin imtahan modelini Azərbaycanda tətbiq edə bilərik:
“Bunun üzərindən də işlər görülür, araşdırmalar aparılır və müzakirələr gedir. Dünyada müvafiq proqramlar üzrə imtahanlar keçirilir. Müvafiq dil biliklərin olması kifayət edir ki, xarici ölkə universitetlərinə qəbul həyata keçirilsin və həmçinin öz universitetlərimizdə də qəbul məhz bu istiqamətdə olsun.
Burada şagirdlərdən tələb olunan müvafiq biliklərdir ki, onların qiymətlərndirilməsi və ali təhsil məktəblərinə qəbul olunmaları mümkündür.
Qeyd edim ki, yaxın tarixdə ümumiyyətlə kağız daşıyıcılarından imtahan olmayacaq. Abituriyentlər imtahanı birbaşa kompüter vasitəsilə verəcəklər. Belə olduğu təqdirdə onlara müvafiq istiqamət üzrə imtahan vermək kifayət edəcək”, deyə ekspert bildirib.
Paylaş:
Müəllif : Yazar
Tarix:13-06-2022, 17:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB