Bayram günü qardan paylaşdığı video ilə gündəm oldu

Astaranın Toradi kəndində Novruz bayramı günlərində qarda çəkilmiş görüntülər sosial şəbəkədə marağa səbəb olub. Kəndin Diyarşünaslıq Evinin müdiri Sürəddin Əliyev tərəfindən paylaşılan görüntülərdə Toradiyə bir metrdən çox qar yağdığı görünür.
Qafqazinfo S. Əliyevlə əlaqə saxlayıb, hazırda kənddəki vəziyyətlə maraqlanıb.
O bildirib ki, bu, son 38 ildə kəndə yağan ən güclü qardır: “Toradi kəndində Novruz bayramı günlərində 1,5 metr hündürlüyündə qar yağıb. Mən 34 ildir Kənd Diyarşünaslıq Evinin müdiri işləyirəm, heç belə qar görməmişəm. Bir dəfə 1984-cü ilin martında 80 sm hündürlüyündə qar yağmışdı. İndi isə 1,5 metr hündürlüyündə qar yağıb. Rayon mərkəzindən kəndə doğru yolu traktorlarla qardan təmizləyirlər. Havanın martın 26-dək qarlı olacağı deyilir, belə getsə, işimiz lap çətin olacaq”.
S. Əliyev deyir ki, kəndə qaz çəkilməyib, əhali odun sobalarından istifadə etməklə evini qızdırır: “Elektrik isə bu gün gün ərzində kəsilsə də, sonradan bərpa olunub. Əsas problem yolla bağlıdır. Qar yağdığından avtomobillər işləmir, kəndə giriş-çıxış çətinləşir”.
Sözügedən videonu təqdim edirik:
Paylaş:
Müəllif : Fuad
Tarix:20-03-2022, 21:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var