II və III qrup üzrə bu universitetlərdə plan yerləri AZALDILDI - Diqqət!

2021-2022-ci tədris ili üzrə qəbul planına əsasən II və III ixtisas qruplarında dövlət sifarişli yerlərin sayı artırılıb.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, II ixtisas qrupu üzrə dövlət sifarişli yerlərin sayı 2020-ci il qəbul planı ilə müqayisədə 2.79 faiz çoxdur. III ixtisas qrupu üzrə isə dövlət sifarişli plan yerlərinin artım faizi 2.28 faiz təşkil edir.
2021-2022-ci tədris ilində Azərbaycan ali məktəblərində II ixtisas qrupu üzrə 4230, üçüncü ixtisas qrupu üzrə isə 4353 dövlət sifarişli yer ayrılıb.
II ixtisas qrupu üzrə 2020-ci il qəbul planı ilə müqayisədə ən çox Mingəçevir Dövlət Universitetində dövlət sifarişli ixtisaslar artırılıb. Belə ki, 2020-ci ildə universitetdə tələbələr üçün 335 dövlət sifarişli yer ayrılmışdısa, 2021-ci ildə bu rəqəm 465-ə çatdırılıb.
Azərbaycan Kooperasiya Universiteti II qrup üzrə ən çox plan yeri azalan ali təhsil ocağıdır. Kooperasiya universitetində 2020-ci ildə 730 dövlət sifarişli plan yeri ayrılmışdısa, 2021-ci ildə bu göstərici 130 yer azaldılaraq 600-ə endirilib.
III ixtisas qrupuna gəldikdə isə bu qrup üzrə 2020-ci ildə 4256 dövlət sifarişli plan yeri ayrılıb. 2021-ci ildə bu göstərici 4353-ə çatdırılıb. III ixtisas qrupu üzrə dövlət sifarişli yerlərin artımına görə, ilk sırada Azərbaycan Dövlət Pedaqoji Universiteti qərarlaşıb. 2020-ci ildə 1910 dövlət sifarişli plan yeri olan universitetin 2021-ci ildə göstəricisi 155 yer artırılaraq 2065-ə çatdırılıb.
Dövlət sifarişli plan yerləri böyük fərqlə azalan digər təhsil müəssisəsi Bakı Slavyan Universitetidir. 2020-ci ildə 990 dövlət sifarişli plan yeri olan BSU-nun cari ildə 40 plan yeri azalaraq, 950-ə salınıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:26-08-2021, 09:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:26-08-2021, 09:25
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:19
Dünən, 10:17
Dünən, 09:00
Dünən, 08:30
4-09-2025, 16:01
4-09-2025, 15:59
4-09-2025, 15:58
4-09-2025, 11:45
4-09-2025, 09:32
4-09-2025, 09:07
4-09-2025, 08:23
3-09-2025, 20:54
3-09-2025, 10:22

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var