I sinfə qəbulla bağlı YENİLİK

Bakıda I sinfə qəbulla bağlı Alternativ Qeydiyyat Mərkəzləri fəaliyyət göstərəcək
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) verilən məlumata görə, idarə tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri ilə onlayn görüş keçirilib.
Görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri və məktəb direktorları iştirak ediblər.
Görüşün keçirilməsində əsas məqsəd 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron şagird qəbuluna start verilməsi və ümumi təhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında VI Respublika fənn müsabiqələrinin rayon (şəhər) mərhələsinin keçirilməsindən ibarətdir.
Görüşdə çıxış edən İdarə müdiri Mehriban Vəliyeva I sinfə elektron qeydiyyat prosesi ilə bağlı maarifləndirmə işlərinin səmərəli aparılmasının və vətəndaş məmnunluğunun təmin edilməsinin əsas vəzifə kimi qarşıya qoyulduğunu bildirib. M.Vəliyeva I sinfə elektron qeydiyyat sisteminin (https://mektebeqebul.edu.az/) tətbiqinin təhsil sahəsində göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin rahatlığının təmin olunması və ümumilikdə uşaqların məktəbə qeydiyyatı prosesinin sadələşdirilməsinə xidmət etdiyini qeyd edib.
İnformasiya təminatı sektorunun müdiri Namiq Ağayev I sinfə şagird qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına aprelin 27-dən, məktəb və müəllim seçimi prosesinə isə aprelin 29-dan start veriləcəyini xatırladıb. Sektor müdiri ümumi təhsil məktəbləri, lisey və gimnaziyalara I sinfə şagird qəbulu qaydalarını geniş şəkildə izah edib, valideynlərə kömək məqsədilə onlayn Alternativ Qeydiyyat Mərkəzlərinin fəaliyyət göstərəcəyini söyləyib.
İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov paytaxt məktəblərində I sinfə qəbulla bağlı vətəndaşları düşündürən məsələlərə daha geniş aydınlıq gətirmək üçün BŞTİ-nin "Facebook" səhifəsində suallara cavab veriləcəyini və müvafiq maarifləndirmə işlərinin aparılacağını bildirib.
Paylaş:
Müəllif : Yazar
Tarix:23-04-2021, 12:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:23-04-2021, 12:37
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:19
Dünən, 10:17
Dünən, 09:00
Dünən, 08:30
4-09-2025, 16:01
4-09-2025, 15:59
4-09-2025, 15:58
4-09-2025, 11:45
4-09-2025, 09:32
4-09-2025, 09:07
4-09-2025, 08:23
3-09-2025, 20:54
3-09-2025, 10:22

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var