Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anası ziyarət olundu

Ermənistanın sentyabrın 27-də ölkəmizə qarşı növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi uğrunda “dəmir yumruq” əməliyyatına başladı. Silahlı Qüvvələrimizin şəxsi heyəti Vətən müharibəsində qəhrəmancasına döyüşərək Ermənistan ordusuna sarsıdıcı zərbələr endirdi. Ermənistanın işğal altındakı torpaqlarımızda illər ərzində qurduğu mürəkkəb konstruksiyalı mühəndis-istehkam və bunker sistemləri darmadağın edildi. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi ilə düşmən kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bu, dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan idi.
Müharibənin ilk günlərindən Azərbaycan Ordusu bütün dünyaya əsl qəhrəmanlığın, Vətən uğrunda necə mübarizə aparmağın nümunələrini göstərdi. Vətən müharibəsində möhtəşəm qələbəyə həsr olunan Zəfər paradı ərəfəsində unudulmaz şəhid oğullarımızın xatirəsi hörmətlə yad edilir, onların ailələrinə baş çəkilir, qazilərimiz ziyarət olunur. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin dekabrın 9-da imzaladığı sərəncamlarla Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən Müharibəsi Qəhrəmanı”, “Zəfər” və “Qarabağ” ordenləri, üç hərbçimizin isə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adları ilə təltif olunması Vətənimizin qəhrəman övladlarının fədakarlığının və rəşadətinin ən yüksək səviyyədə qiymətləndirilməsinin göstəricisidir. “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülən qəhrəman Vətən övladlarından biri də Tovuz döyüşlərinin qəhrəmanı, şəhid general-mayor Polad Həşimovdur.
Şəhid generalımız Polad Həşimovun “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülməsi ilə əlaqədar igid hərbçimizin dostu, Əməkdar incəsənət xadimi, Prezidentin fəxri təqaüdçüsü, Vətən müharibəsinin iştirakçısı Abdulla Qurbani Sumqayıt şəhərinə gedərək şəhid general-mayorun anası Səmayə xanım ilə görüşüb. Söhbət zamanı qeyd olunub ki, Vətən müharibəsinə gedən yol məhz Polad Həşimov kimi oğulların şəhidliyindən keçirdi. Qəhrəman döyüşçülərimiz kəndləri, şəhərləri, qəsəbələri bir-birinin ardınca azad etdikcə, düşmənləri məhv etdikcə, şəhidlərimizin intiqamını qat-qat artıqlaması ilə aldıqca qələbəyə daha da yaxınlaşırdılar.
Hətta döyüşçülər idarə etdikləri tank və digər zirehli texnikanın üzərinə Həzi Aslanov, Mübariz İbrahimov, Albert Aqarunov adları ilə yanaşı, general Polad Həşimovun da adını yazırdılar. Torpaqlarımızın işğaldan azad edilməsi, respublikamızın ərazi bütövlüyünün təmin olunması qəhrəmanlıq simvoluna çevrilmiş general Polad Həşimovun arzusu idi.
Şəhid generalın anası oğlunun xatirəsinə göstərilən ehtirama görə ölkə rəhbərliyinə, qədirbilən xalqımıza minnətdarlığını bildirib.
Polkovnik Abdulla Qurbani üzərində Ali Baş Komandan İlham Əliyevin Polad Həşimovla birlikdə portreti olan və digər fotoxalçaları şəhidin anasına hədiyyə edib. /Azərtac
Paylaş:
Müəllif : Fuad
Tarix:9-12-2020, 19:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:9-12-2020, 19:48
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 08:25
Dünən, 21:06
Dünən, 12:37
Dünən, 10:32
Dünən, 10:30
Dünən, 10:27
26-08-2025, 14:05
26-08-2025, 12:33
26-08-2025, 12:29
26-08-2025, 09:44
26-08-2025, 09:29
26-08-2025, 08:42
25-08-2025, 14:43
25-08-2025, 11:59
25-08-2025, 11:52

Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi mənim evimi əlimdən aldı” – Sabirabad sakini Prezidentə müraciət edir

Sağlam adamlar 1-ci qrup əlillik dərəcəsi alır, gerçək xəstələr isə kənarda qalır –ŞOK GÖRÜNTÜLƏR / VİDEO

Gəncə faciəsinin arxasında gizlənən korrupsiya – Zərərçəkmişlərin haqqı kimlərin ciblərinə gedir?

Deputatın külli miqdarda çox vergi borcu olan şirkəti Lənkəran Dövlət Universitetinin tenderini uddu / VİDEO

Vergi borcu olan şirkət Zakir Quliyevin rəis olduğu qurumdan daha 3 tender uddu - FOTOFAKT

İcra hakimiyyətinin işçiləri dövlət torpaqlarını kənar şəxslərə satırlar - Bu cavan başçıda belə....

"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -səbəb göstərilmədən əmək müqavilələrinə xitam verilir

VƏLİYEVLƏRİN TİCARƏT MƏRKƏZİ HƏRRACA ÇIXARILIR -Hər ay toplanan yüz minlər hara xərclənib?

“Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri

Bu hospitalda cərrah əvəzinə "dəllal"lar işləyir: Nilufəri ÖLDÜRƏN HƏKİM niyə həbs olunmur? - VİDEO

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi şikayətçilərini - "SATIR?"

"Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər!

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ