Müxalifətin yeni izdihamlı aksiyası gözlənilir - Minskin mərkəzinə hərbi qüvvələr yeridilir
Bu gün səhər saatlarından etibarən Belarusun paytaxtı Minskin mərkəzinə hərbi texnika və güc sturkturlarının bölmələri, o cümlədən OMON hissələri yeridilir. Virtualaz.org xəbbər verir ki, təhlükəsizlik qüvvələri mərkəzi Müstəqillik meydanı və Hökumət evi boyu düzlülürlər.
Bu, müxalifətin növbəti izdihamlı aksiyasına hazırlıqdır. Planlaşdırılır ki, Belarus müxalifəti günün ikinci yarısında Minskdə və digər iri şəhərlərdə prezident seçkilərinin nəticələrinə etiraz olaraq yeni aksiyalar keçirəcək.

Belarus xalqı artıq üç həftədir seçkilərin nəticələrinə etiraz edir, yeni seçkilərin keçirilməsini, bütün siyasi məhbusların azadlığa buraxılmasını və etirazçılara işgəncələr verənlərin cəzalandırılmasını istəyir. Ötən gün avqustun 29-da Minskdə və digər şəhərlərdə qadınlar hakimiyyətin zorakılığına qarşı yürüş ediblər. Bu aksiyalar zamanı çoxsaylı xarici jurnalistlər saxlanılıb.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Belarusa yeritmək üçün ehtiyat ordu qüvvələri hazırladıqlarını bildirib. Onun sözlərinə görə, həmin qüvvələr “ekstremistlərin qırmızı xətti keçməsi halında” Belarusa yeridililəcək. Putinin bu bəyanatı ABŞ və Avropa liderlərinin ciddi narahatlığına səbəb olub.

Bir gün əvvəl Fransa prezidenti Emmanueal Makron Putinə zəng vuraraq onu Rusiyanın Belarusdakı vəziyyətə müdaxiləsinin "mümkün olan ən pis ssenari" olacağı haqda xəbərdar edib. Makronun sözlərinə görə, o, Putinlə telefon danışığı zamanı birbaşa onun diqqətinə çatdırıb ki, Belarusa hərbi və ya polis müdaxiləsi arzu olunan deyil.
Makron deyir ki, nə o, nə də Almaniya kansleri Angela Merkel, 2014-cü ildə Ukraynada baş verənlərin Belarusda təkrarlanmasını istəmir. Hansı ki, küçə etirazlarından sonra prezident Viktor Yanukovich ölkədən qaçdı və Rusiya "rusdilli əhalini qorumaq" bəhanəsi ilə Krımı ilhaq etdi , daha sonra Donbasdakı separatçılara yardım edərək hələ də davam edən silahlı qarşıdurmaya səbəb oldu.

Makrona görə, Merkel ilə birlikdə Putindən istədikləri odur ki, o, Lukaşenkonu ATƏT-in Belarusiya səlahiyyətliləri ilə etirazçılar arasında vasitəçi kimi iştirakının vacibliyinə inandırsın. Fransa prezidentinin sözlərindən belə çıxır ki, Putin bu məsələni Lukaşenkoya çatdırıb, ancaq Belarus lideri razılaşmayıb.
Bundan başqa AB-nin Xarici İşlər Naziri Cozef Borrell də rəsmi Moskvanın özünün dəfələrlə Belarusdakı vəziyyətə xarici müdaxilənin yolverilməzliyi barədə açıqladığı mövqeyini xatırladıb: "Güman edirəm ki, bu, Rusiyanın öz hərəkətlərinə aiddir"
Rusiya və Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür və xarici təhdidlər olduqda onların bir-birlərinə yardım etmək öhdəliyi var. Belarusdakı seçki saxtakarlığına qarşı etirazlar fonunda Lukashenka Belarusun qərb qonşuları tərəfindən bu cür təhdidlərin olduğunu bəyan edir. Cümə günü etdiyi çıxışında Lukashenka qərb sərhəddəki vəziyyətin gərginləşəcəyi halda Rusiyanın silahlı qüvvələrinin ölkəyə daxil olacağına faktiki razılaşıb.
Bu arada Rusiya mənbələri xəbər verir ki, müxalifətin yeni aksiyaları ərəfəsində Putin Lukaşenkoya zəng vurub. Telefon danışıqlarının təfərrüatları açıqlanmır.
Paylaş:
Müəllif : Fuad
Tarix:30-08-2020, 16:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:30-08-2020, 16:38
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:19
Dünən, 10:17
Dünən, 09:00
Dünən, 08:30
4-09-2025, 16:01
4-09-2025, 15:59
4-09-2025, 15:58
4-09-2025, 11:45
4-09-2025, 09:32
4-09-2025, 09:07
4-09-2025, 08:23
3-09-2025, 20:54
3-09-2025, 10:22

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var