Cərrahi əməliyyata gedən qazi niyə komaya düşüb? - Açıqlama

Vətən müharibəsinin iştirakçısı Sübhan Hüseynov komaya düşüb. Ötən ay kista diaqnozu ilə Ucar Rayon Mərkəzinə Xəstəxanasına əməliyyat üçün müraciət edən Sübhanın həmin tarixdən komaya düşdüyü bildirilir.
Məsələ ilə bağlı TƏBİB-dən sorğusuna cavab olaraq bildirilib ki, 1999-cu il təvəllüdlü (kişi cinsli) şəxs 14.04.2025-ci il tarixdə pilondal kista diaqnozu ilə əməliyyat üçün Ucar Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə müraciət edib. Pasiyent müayinə olunub və onun əməliyyat və anestesiyası üçün əks göstəriş aşkarlanmayıb:
“Əməliyyat zamanı pasiyent ümumi endotraxeal narkoz altında intubasiya olunduqdan sonra tənəffüs göstəriciləri itib, nəbz qeydə alınmayıb. Bu səbəbdən dərhal reanimasiya tədbirlərinə başlanılıb.
Süni ventilyasiya və medikamentoz müalicə fonunda reanimasiya tədbirləri davam etdirilib və mərkəzi damarlar üzərində nəbz bərpa olunub, hemodinamik göstəricilər kardiomonitorda stabilləşib. Xəstənin vəziyyətinin ağır olması nəzərə alınaraq əməliyyatın icrası təxirə salınıb.
Həyati vacib orqanların funksiyalarının bərpası və stabilləşməsinə yönələn tədbirlər həyata keçirilib. Bəbəklər normal genişlikdə, işığa qarşı reaksiyası saxlanılıb. Xəstənin kliniki ölüm keçirməsini nəzərə alaraq SVA saxlanılması və reanimasiya şöbəsinə köçürülməsi qərara alınıb.
Xəstə 17.04.2025-ci il tarixinədək Ucar Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində müalicə alıb və həmin tarixdə xəstənin valideynlərinin təkidi və tələbi ilə pasiyent Bakıda yerləşən özəl tibb müəssisələrindən birinə köçürülüb”.
Paylaş:
Müəllif : Fuad
Tarix:17-05-2025, 18:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto