“Məcburi əmək” yerinə, “zorla işlətmə” ifadəsi olsun”

“Hesabatda “məcburi əmək” söz birləşməsindən istifadə olunub. Bu, ingiliscədən tərcümədir. Bizdə Konstitusiyanın 35-ci maddəsinin 3-cü hissəsində “heç kəs zorla işlədilə bilməz” ifadəsi işlənir. Tövsiyəm budur ki, “məcburi əmək” yerinə, “zorla işlətmə” ifadəsi işlədilsin”.
Bunu deputat Erkin Qədirli Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı bildirib.
“Çünki məcburiyyətlə əmək sözlərinin müsbət mənaları ola bilir. Lakin “zorla” sözü çox aydın və kəskindir. Bundan başqa, cinayətlərin dinamikası artır, amma məsuliyyətə cəlb olunan insan alverçilərinin sayı getdikcə azalır. Bunun iki məqamı var, ya təmərküzləşdirmə baş verir, ya da informasiya texnologiyalarını nəzərə alsaq, bizim hüquq-mühafizə orqanlarımızın əli çatmayan başqa ölkədə oturub onlayn vasitələrlə bu ticarəti təşkil edirlər”, - deyə deputat bildirib.
Paylaş:
Müəllif : Fuad
Tarix:13-05-2025, 12:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto