“Ballistik raketlərin yaradılmasını sürətləndirəcəyik” - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Baş Qərargahın toplantısını keçirib.
UNIAN xəbər verir ki, toplantıda Ukraynanın raket proqramı müzakirə olunub və qarşıya Ukrayna ballistikasının yaradılmasını maksimum sürətləndirmək vəzifəsi qoyulub.
“Qərargahın toplantısını keçirdim. Briqadalarımızın təminatı, bölmələrin komplektləşdirilməsi haqqında məruzələr oldu. Həmçinin, Ukraynanın raket proqramı, istehsalımız haqqında çox ətraflı məlumat verildi. Vəzifəmiz Ukrayna ballistikasının yaradılmasını maksimum sürətləndirməkdir. Bizim uzaq mənzilli atəş imkanlarımız Ukrayna üçün dəqiq və effektiv təhlükəsizlik zəmanətidir”, - Ukrayna lideri deyib.
Zelenski həmçinin hərbi aviasiyanın inkişafı ilə bağlı da müşavirə keçirdiyini bildirib.
“İlk növbədə Ukrayna F-16-ları ilə bağlı məsələlər müzakirə olundu. Söhbət artıq Ukraynada olan, yaxın zamanda gətiriləcək təyyarələrdən, həmçinin uzunmüddətli tədarüklərdən gedir. Hərbi aviasiya idarəetməsinin daha güclü olması üçün kadrlarla bağlı həm Müdafiə Nazirliyində, həm də Baş Qərargahda qərarlar qəbul edildi. İndi görürük ki, çox yaxşı nəticələr var və mən hərbi aviasiyamızın inkişafı üçün səy göstərən hər kəsə təşəkkür etmək istəyirəm”, - Zelenski bildirib.
Paylaş:
Müəllif : Fuad
Tarix:3-05-2025, 10:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var