Banklardan yeni ildə mühüm qərar - Kredit faizləri aşağı salınır?
Azərbaycanda ipoteka və biznes kreditlərinin faiz dərəcələri aşağı olsa da, istehlak kreditlərində bu göstərici xeyli yüksəkdir. Kredit təklif edən bankdan asılı olaraq, bu faizlər 10-35 faiz arasında dəyişir.
İqtisadçı Rəşad Həsənov yeni ildə istehlak kreditlərinin faiz göstəricilərində azalma ehtimallarından danışıb?
O bildirib ki, faiz dərəcəsini şərtlərində əsas faktor risk səviyyəsidir:
“Adətən, istehlak kreditləri daşınan əmlaka istinadla verilir. Daşınmaz əmlaka görə ipoteka kreditlərinin faizləri aşağı olur. Çünki risk aşağıdır.
Daşınan əmlak sıradan çıxa bilər, təkrar bazarda dəyəri düşə bilər, buna görə də o, ciddi girov hesab olunmur. Buna görə də risk yüksəkdir.
Eyni zamanda, digər faktor əhalinin əksər hissəsinin qeyri-leqal gəlirləridir. Belə hallarda banklar real gəliri dəqiqləşdirə bilmir.
Bütün bu faktorların fonunda istehlsak kreditlərinin faizləri daha yüksək olur”.
Ekspertin fikrincə, növbəti ildə tamam əks tendensiya baş verə bilər:
“Bu, bazarın təbii tendensiyasıdır. Çünki biznes daha rasionaldır. Ona görə də yüksək faizlərlə kredit götürməyə meyilli olmur. Banklar biznes sahələrini alternativsiz, aşağı faizli kreditlər təmin edir.
Qısamüddətli dövrü nəzərə alsaq, 2025-ci ildə istehlak kreditlərində faizlərin aşağı düşməsi ehtimalı minimaldır. Çünki banklar son aylarda əmanət faizlərini artırırlar. 1 illik əmanətlərə münasibətdə əksər banklar göstəriciləri artıq 12 faizə qədər yüksəldib. Ona görə də daha yüksək xərcli vəsaitlərin topanıb daha aşağı faizlərlə bazara təklif ediləcəyini ehtimal etmək doğru olmazdı. Çox böyük ehtimalla, hətta istehlak kreditlərinin faizlərində artım istiqamətli dinamika müşahidə olunacaq”.
Paylaş:
Müəllif : Fuad
Tarix:28-12-2024, 22:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var