Təzə balığı belə tanımaq olar

"Balıq mövsümü başlayanda bazarlarda və mağazalarda təzə balıq bolluğu müşahidə edilir. Bu yaxşı xəbər olsa da düzgün olmayan seçimlər zəhərlənmə riskini artırır. Balıq alarkən və istehlak edərkən diqqət yetirməli olduğumuz bəzi məqamlar var. Balıq alarkən mağazalardan, marketlərdən almaq daha məqsədəuyğundur. Bu yerlərdə məhsullar nisbətən daha ciddi yoxlamalardan keçir". Bu sözləri qida mütəxəssisi Asim Vəliyev deyib:"Satış yerinin təmizliyinə, temperatur nəzarətinə və gigiyenik qaydalara əməl edilməsinə diqqət yetirmək lazımdır. Balıqçılardan və ya bazardan alırıqsa, məhsulun təzəliyindən əmin olmalıyıq. Təzə balığın gözləri tündləşmiş və ya batıq olmamalıdır. Əgər balıq xoşagəlməz qoxu verirsə, alınmamalıdır. Barmağımızla basdıqda iz qalmırsa, balıq təzədir. Qəlsəmələri qırmızı və nəm olmalıdır. Solğun və qurumuş qəlsəmələr balığın köhnə olmasının əlamətidir". O qeyd edib ki, balıq yüksək risk qrupuna aid məhsul olduğu üçün tez xarab olur:"Ona görə də soyudulmuş və ya dondurulmuş şəraitdə satılmalıdır. Məhsulun saxlanma temperaturunu yoxlamaq üçün satıcıdan məlumat ala bilərik. Alınan balığı uzun müddət saxlamayın. Ən yaxşısı, həmin gün istifadə edin. Balığı hazırlamazdan əvvəl yaxşıca yumalı və daxili orqanlarını çıxarmalıyıq. Balıq tam bişirilməlidir, çünki yarımçıq bişirilmiş məhsullarda mikroorqanizmlər tam məhv olmur.
Mövsümün ən yaxşı balıq növləri barədə məlumatlı olmalı və yerli məhsulları seçmək daha yaxşı olar". /Demokrat.az
Paylaş:
Müəllif : Fuad
Tarix:24-12-2024, 09:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var