Qeydiyyatda olmayanların DİQQƏTİNƏ: şəxsiyyət vəsiqəsini belə alacaqsınız - RƏSMİ

Ölkə ərazisində heç yerdə qeydiyyatda olmayan vətəndaşlara şəxsiyyət vəsiqəsi necə verilir? “Çip”lər nə vaxtdan aktivləşir?
Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsinin rəisi polis mayoru Jalə Nəsibova Lent.az -ın yeni nəsil şəxsiyyət vəsiqələri ilə bağlı suallarını cavablandırıb. Şöbə rəisi heç yerdə qeydiyyatı olmayan vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsi prosesinə aydınlıq gətirib:
“Öncə onu qeyd etmək lazımdır ki, vətəndaşlar bir yerdən digər yerə köçdükdə məhkəmə qərarı olmadan əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmır. Ancaq məhkəmənin qərarı ilə vətəndaşı icra hakimiyyəti qeydiyyatdan çıxara bilər. Bu zaman həmin vətəndaş şəxsiyyət vəsiqəsi almaqdan ötrü inzibati qeydiyyata düşməsi üçün polis bölməsinə müraciət etməlidir. Buna görə də vətəndaşlar bir yerdən başqa yerə köçdükdən sonra yeni yaşayış yerində qeydiyyata alınmasalar da, əvvəlki qeydiyyat əsasında onlara şəxsiyyət vəsiqəsi verilir. Əgər yeni yaşayış yerində qeydiyyata düşərsə, yaxınlıqda olan polis bölməsinə və ya “Asan Xidmət” mərkəzinə müraciət edərək, “çip”də qeydiyyat sahəsini dəyişə bilər. Xaricdə yaşayan Azərbaycan vətəndaşlarının şəxsiyyət vəsiqəsi əldə etməsi isə səfirliklərin müraciəti əsasında gerçəkləşir. “Çip”lər şəxsiyyət vəsiqəsi verildiyi andan, vətəndaşın barmaq izi təsdiq olunduqdan sonra aktiv edilir”.
Qeyd edək ki, Azərbaycanda ötən il sentyabrın 1-dən yeni nəsil şəxsiyyət vəsiqələri verilməyə başlanılıb. Vəsiqələrə əlavə olunan “çip”lər vətəndaşların yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcıdır. Yeni vəsiqələr 6 dövlət qurumunun (Ədliyyə, Səhiyyə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, Dövlət Miqrasiya, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətləri, Əmlak Məsələləri Dövlət Komitəsi) məlumatları əsasında hazırlanır.
Paylaş:
Müəllif : Yazar
Tarix:5-10-2019, 13:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:5-10-2019, 13:12
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:19
Dünən, 10:17
Dünən, 09:00
Dünən, 08:30
4-09-2025, 16:01
4-09-2025, 15:59
4-09-2025, 15:58
4-09-2025, 11:45
4-09-2025, 09:32
4-09-2025, 09:07
4-09-2025, 08:23
3-09-2025, 20:54
3-09-2025, 10:22

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var