COP29 Çağrı Mərkəzi fəaliyyətə başladı - Fotolar

COP29 konfransına hazırlıq proseslərinin tamamlanması ərəfəsində konfrans iştirakçıları üçün məlumat dəstəyinin təmin edilməsi məqsədilə COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən yaradılan COP29 Çağrı Mərkəzi fəaliyyətə başlayıb.
Bu tədbirlər tarixində ilk dəfə məhz COP29 konfransı üçün yaradılmış Çağrı Mərkəzinin məqsədi tədbirin təşkilati və texniki aspektləri, eləcə də COP29-da iştirakla bağlı müxtəlif istiqamətlərdə məlumat sorğularının operativ idarə edilməsi və əlçatan və əhatəli məlumatların çatdırılması ilə maneəsiz və rahat ziyarətçi təcrübəsinin təmin edilməsidir.
Noyabrın 1-dən fəaliyyətə başlayan Çağrı Mərkəzi akkreditasiya və Yaşıl Zona biletləri, nəqliyyat, qonaqlama xidmətləri, sağlamlıq, təhlükəsizlik, logistika kimi bir sıra mövzularda müxtəlif sorğuların cavablandırılması ilə yanaşı, tədbir və əlaqəli məkanlarda əlçatanlıq xidmətləri haqqında məlumatlandırmaqla dəstək göstərəcək.
Çağrı Mərkəzi ənənəvi zəng xidməti ilə yanaşı, müxtəlif rəqəmsal platformalar vasitəsilə də əlaqə yaratmaq imkanını təklif edir.
Belə ki, COP29 konfransı ilə əlaqədar hər hansı sualı olan şəxslər COP29-un rəsmi internet səhifəsi üzərindən canlı çat, vatsap və teleqram üzərindən birbaşa əlaqə və ya yerli zənglər üçün ödənişsiz olan *1029 qısa nömrəsinə zəng edərək məlumat ala bilərlər.
Bundan əlavə, ilkin mərhələdə Çağrı Mərkəzi həmçinin İnteraktiv Səsli Cavab Sistemi (İVR) və Chatbot kimi özünəxidmət vasitələri ilə də məlumatlandırma xidmətlərini göstərəcək.
Çağrı Mərkəzinin iş qrafiki:
01 noyabr - 03 noyabr: 08:00-dan 20:00-dək;
04 noyabr - 23 noyabr: 24/7 fasiləsiz xidmət;
24 noyabr - 30 noyabr: 08:00-dan 20:00-dək.
Paylaş:
Müəllif : Fuad
Tarix:1-11-2024, 17:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var