Qaz və işıq limiti götürüləcək? - "Burada bir məqam var..."

“Əgər iqtisadi şərait imkan verərsə, buna getmək olar. Bunlar hamısı ölkənin iqtisadi vəziyyətindən və ölkədə yaranan vəziyyətdən asılıdır”.
Bunu Cebhe.info-ya açıqlamasında Mili Məclisin deputatı Vahid Əhmədov təbii qaz və elektrik enerjisinə tətbiq olunan limitin ləğvinin mümkünlüyü barədə məsələyə münasibət bildirərkən deyib:
“Bu məsələ mütəmadi müzakirə olunur. Hələ qazın limitində müəyyən dəyişikliklər edəndə Dövlət Neft Şirkəti və “Azərenerji” ASC-nin rəhbərləri ilə görüşmüşdüm. Onların bu məsələdə müəyyən arqumentləri olub. Nəhayət ki, qazın limitində müəyyən dəyişikliklər edə bildik. Ümumiyyətlə, təbii qaz və elektrik enerjisində limitin ləğv olunması hesablamalar tələb edir. Nə zaman ki, biz dövlət büdcəsini müzakirə edirik, bu məsələlər ortaya atılır. Dövlət büdcəsinin hazırlanmasında vaxtilə iştirak etmişəm və bilirəm ki, məsələlər necə müzakirə olunur. Bunlar hamısı dövlət büdcəsi ilə əlaqədardır. Qazın ixracı və istehsalı ilə əlaqədar əlavə dotasiya verir və limiti götürürüksə, burada problem yarana bilər. Bu yaxınlarda təbii qazla bağlı limitin bir hissəsini götürdük. Amma gələcəkdə də baxarıq”.
Elektrik enerjisində tətbiq olunan limitin götürülməsinə gəlincə, deputat bu məsələni vacib məqamlarla əsaslandırıb:
“Burada bir məqam var. Son vaxtlar elektrik enerjisinin istehsalında ciddi problem yoxdur. Dövlət başçısı tərəfindən aparılan islahatlar elə bir səviyyəyə çatıb ki, Azərbaycanda elektrik kifayət qədərdir. Hətta xaricə də ixrac edilir. Amma bura külli miqdarda vəsait qoyulur. Vəsait həm dövlət büdcəsi, həm də şirkətin əldə etdiyi gəlirlər hesabına yönəldilir. Bu məsələnin həlli gündəmdə yoxdur, amma gündəmdə ola bilər”.
Xatırladaq ki, 2016-cı il 22 dekabrda Prezident İlham Əliyevin tapşırığı ilə ölkədə təbii qaz və elektrik enerjisindən istifadəyə görə güzəştli limitlər artırılıb.
Əhali üzrə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.
Eləcə də təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1700 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.
Qeyd edək ki, həmin il noyabrın 28-də Tarif (qiymət) Şurasının qərarı ilə elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilmiş, pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılmış, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilmişdi.
Eləcə də təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılmış, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilmişdi.
Paylaş:
Müəllif : Yazar
Tarix:26-09-2019, 09:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:26-09-2019, 09:19
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:19
Dünən, 10:17
Dünən, 09:00
Dünən, 08:30
4-09-2025, 16:01
4-09-2025, 15:59
4-09-2025, 15:58
4-09-2025, 11:45
4-09-2025, 09:32
4-09-2025, 09:07
4-09-2025, 08:23
3-09-2025, 20:54
3-09-2025, 10:22

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var