Şəhid ailələri və qazilərə verilən mənzillər niyə “kupça”sızdır?
Birinci Qarabağ müharibəsindən sonra şəhid ailələri və qazilərin evlə təminatı proqramına start verilib.
Məhz 44 günlük Vətən müharibəsindən sonra isə bu istiqamətdə işlər daha da genişləndirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci ilin yanvarında imzaladığı Sərəncamla təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, fərdi evlə təmin edilməsi nəzərdə tutulub.
Xatırladaq ki, onlara 2023-cü ildə 1 500, postmüharibə dövründə 6 000, ümumilikdə - ötən dövrdə 14 800 mənzil və fərdi ev verilib.
Lakin şəhid ailələri və müharibə əlillərinə verilən mənzillərə çıxarışların verilməməsi uzun müddətdir müzakirə mövzusudur. Şəhid ailələri və müharibə əlillərinə verilən mənzillər “kupça”sız olduğundan, onlar tam mülkiyyət sahibi hesab olunmurlar.
Problem bir neçə dəfə gündəmə gəlsə də, həllini tapmayıb. Bu gün isə Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
Sərəncama dəyişikliklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələrinin 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirəcək.
Maraqlıdır, şəhid ailələri və müharibə əlillərinə verilən mənzillərin "kupça" ilə təmin edilməsi nəzərdə tutulur?
Məsələ ilə bağlı “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri, “YAŞAT” Fondunun Himayəçilər Şurasının üzvü, 2016-cı ilin aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova "Cebhe.info"-ya açıqlamasında bildirib ki, Bakıda, Abşeron və Sumqayıtda yaşayan bir çox şəhid ailələri artıq evlə təmin olunub:
"Fərdi mənzil tikintisi ilə bağlı ən çox problem rayonlarımızdadır. Amma verilən mənzillərin "kupça" ilə təmin edilməsi nəzərdə tutulmayıb. Yanlız Vətən müharibəsi qəhrəmanlarının ailə üzvlərinə verilən evlərə "kupça" verilib, amma digər şəhid ailələrinə, müharibə əlillərinə "kupça" verilməyib”.
O qeyd edib ki, bu böyük bir problemdir:
"Düşünürəm ki, evlər dövlətimiz tərəfindən cənab Prezidentin şəhid alilələrinə göstərdiyi qayğısının nəticəsində ailələrimizə təqdim olunur və verilən mənzillərin "kupça" ilə təmin edilməsi gecikdirilməməlidir, insanların illərini almamalıdır. Bu problem təcili olaraq öz həllini tapmalıdır. Dəfələrlə bu problemi qaldırmışıq ki, şəhidlər arasında hər hansı bir ordenə görə fərq qoyulmamalıdır".
Paylaş:
Müəllif : Fuad
Tarix:16-02-2024, 08:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var