reklam
Regionxeberlericom.az » Araşdırma » Xan xəzinəsi harada gizlədilib? - Tarixin tapmacası

reklam

Xan xəzinəsi harada gizlədilib? - Tarixin tapmacası















Qarabağ xanlarının itmiş xəzinəsi barədə ağızdan-ağıza keçən neçə-neçə rəvayət var. Onlardan birini Məhəmmədəli bəy Vəliyev Baharlı (Məhəmmədəli bəy Məxfi) nəql edib.

"Məclisi-üns"ün üzvü olmuş bu ədəb, trixçinin Əhvalati Qarabağ" səlnaməsindən Cavanşir xanədanının sirli sərvəti barədə hissəni oxucuların ixtiyarına verir:

"...Bir də mərhum İbrahim xanın xəzinəsi Xəznə qayası adlanan yerdə qalıbdır. Ələ düşməyibdir. Belə nəql edirlər: elə ki İbrahim xan o vaxt ki, o imarətlərdə əyləşərmiş, hər nə xəzinəsi varmış, o yerlərdə dəfn elədibdir. Çünki oralar çox möhkəm yerdir və o xəzinənic dəfn elədən Batmanqılınc Məhəmməd bəy imiş. Neçə nəfər adamla basdırandan sonra o adamları tamam öldürüb ki, məlum olmasın. Sonra İbrahim xan və Məhəmməd bəy - hər ikisi qəflətən ölüblər və o xəzinə məlum olmayıb və ələ düşməyibdir ta bu vaxtacan.

Çox adamlar gedib orada olan evləri və kahaları axtanblar, bir şey ələ düşməyibdir. Həmin belə söhbət etdi ki, bir nəfər erməni cüt əkdiyi vaxtdabir göyüm pul tapıbdır. Həmən o Daşaltılı erməni gəlib qalada yaxşı ev aldı və bir para işlər gördü. Onda məlum oldu. Qərəz, tamam xəzinə meşələrdə və qayalarda qaldı". 





Paylaş:


Müəllif : Tarix:
4-01-2024, 16:15
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər