Prokurorluq “Lotu Quli”nin 27 ildən sonra bəraət alan adamı ilə bağlı protest verdi - DETALLAR

1996-cı ildə rəhbərlik etdiyi firmalarla o vaxtkı Ticarət Nazirliyi ilə müqavilələr bağlayaraq ölkəyə şəkər tozu gətirəcəyi vədi verib dövlətə 3 milyon manat ziyan vurmaqda təqsirləndirilən Emil Xəlilovun barəsindəki hökmdən kassasiya protesti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, protest Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclası iyulun 6-na təyin edilib.
Qeyd edək ki, Xəlilov Emil Möhübət oğlu uzun illər beynəlxalq axtarışda olub. O, 2018-ci ildə Ukraynada həbs olunaraq Azərbaycana ekstradisiya olunub.
Həmin vaxt Ukrayna baş prokurorunun müavini Yevgeni Yenin özünün sosial şəbəkə hesabında Emil Xəlilov haqda paylaşım edib. O, Emil Xəlilovun Ukraynada saxta sənədlərlə yaşadığını və mütəşəkkil cinayətkar qrupa rəhbərlik etdiyini yazıb: “Emil Xəlilov Cənubi Amerikadan Avropaya narkotik daşıyan cinayətkar qrupa rəhbərlik edib. Bu yaxınlarda Emil Xəlilov status qazanıb və “vor zakon” olmağa can atır. Deyə bilərəm ki, saxlanılan şəxs Ukrayna mənşəli “vor zakon”ların cinayətkar fəaliyyəti ilə bağlı çox vacib ifadələr verib”.
Sonradan mətbu orqanlarda Emil Xəlilovun "Lotu Quli" kimi tanınan kriminal avtoritet Nadir Səlifovun yaxın adamı olduğu barədə məlumatlar yayılıb.
Emil Xəlilova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) və 320.1-ci (sənədləri məhv etmə) maddələri ilə ittiham irəli sürülüb.
İş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.
Məhkəmə təqsirləndirilən şəxsin cinayət törətməsindən 20 il keçdiyi üçün cinayət işinə xitam verib. Emil Xəlilov məhkəmə zalından azadlığa buraxılıb.
Müdafiə tərəfi bəraət tələbi ilə hökmdən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinə 2020-ci ildə daxil olmuş iş üzrə qərar elan olunub.
Hakim Mirzəli Abbasovun sədrlik etdiyi hakimlər heyəti birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmadığı, təqsirləndirilən şəxsin günahsız olduğu qənaətinə gəliblər.
Məhkəmə Emil Xəlilov barəsində bəraət qərarı çıxarıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:5-06-2023, 09:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var