Səlim Müslümovun məhkəməsində şahidlər dindirildi
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda ilk olaraq Qarabağ müharibəsi əlilləri üçün Qazax rayonunda inşa olunan evlərin tikintisini həyata keçirmiş İbad İsmayılov dindirilib.
Şahid məhkəmədə vəkili Cavad Cavadovla birgə iştirak edib.
İbad İsmayılovun dediyinə görə, o, ümumilikdə 22 ev tikib. Hər evə görə isə tikinti idarəsinə nəzarət edən Natiq Əzizova 6 min manat pul verib: “Əvvəllər usta işləyirdim, sonra şəhid ailələri və müharibə iştirakçıları üçün evlərin tikintisinə cəlb olundum. Bununla bağlı üç şirkət yaratdım, tenderdə özümə aid üç şirkətlə təmsil oluna bilməyəcəyim üçün ikisini yaxın qohumlarımın adına rəsmiləşdirdim. Hər evə görə 3-4 min manat gəlirim olmalı idi, lakin araya devalvasiya düşdüyü üçün vəziyyət dəyişdi. Buna baxmayaraq, 22 evə görə tikinti idarəsinə 132 min manat pul verdim”.
Şahid prokurorun və Səlim Müslümovun vəkili Toğrul Vəliyevin suallarını da cavablandırıb.
Daha sonra Şəki Əlillərin Regional Bərpa Mərkəzinin baş həkimi Tərlan Qurbanov ifadə verib.
Şahid deyib ki, dərman vasitələrinin alınması üçün şirkətlə müqavilə bağlanıb. Şirkətə köçürülən vəsaitin bir hissəsi isə nazirliyin iqtisadiyyat şöbəsinin baş mühasibi Ülviyyə Məmmədovaya verilib: “Yuxarıdan tapşırıq gəlmişdi ki, köçürülən pulun bir hissəsi onlara çatmalıdır”.
Şahid ifadəsini unutduğunu deyərək dövlət ittihamçısının və vəkilin sualına cavab verə bilməyib.
Prokuror Babaxan Həsənəliyev buna görə baş həkimə irad bildirib: “Neçə illərdir rəhbər vəzifədə işləyirsiniz, amma bir cümləni qurub deyə bilmirsiniz. Bəlkə kimdənsə qorxursunuz?”
Şahid qismində dindirilən Şəki şəhəri Suvarma Sistemləri İdarəsində qaynaqçı işləyən İlqar Mustafayev isə xəbəri olmadan adına tikinti şirkəti açıldığını deyib: “2014-də “prorab” dedi ki, müəssisə yaradıram, bir sənəd var, ona qol çək, oranın qaynaqçısı sən ol. 2021-ci ildə DTX-ya çağırdılar, dedim bu nə işdir mən düşmüşəm? Heç bilmirəm şirkət nədir”.
Şahid Bəylər Musayev də eyni epizod üzrə ifadə verib. O, Şəki şəhərində yerləşən Suvarma Sistemləri idarəsində fəhlə işlədiyini bildirib. Bəylər Musayevin adına "Şəki Construction" MMC yaradıldığı bildirilib. Şahid məhkəmədə adına olan şirkətdən xəbərsiz olduğunu deyib.
Proses oktyabrın 3-də davam etdiriləcək.
Xatırladaq ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.
Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunan sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb.
Səlim Müslümov cinayət işi ilə bağlı dövlətə dəymiş 27 milyon manatın 20 milyonunu ödəyib. Onun 8 milyon manatlıq əmlakı üzərinə həbs qoyulub.
Paylaş:
Müəllif : Fuad
Tarix:26-09-2022, 19:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var