“Ya Mirələmov kimi əxlaqsızlıq edirlər, ya da mandatlarını girov qoyub...“ - Şok ittiham

Millət vəkillərinin tərcümeyi-halına nəzər saldıqda təxminən 80 faizinin ingilis və rus dilini bildiyini görürük. Bununla paralel olaraq aralarında fransız, ərəb dilini bilənlər də var.
Bəs görəsən, deputatların bir neçə dil bilməsi Azərbaycana beynəlxalq münasibətlər sistemində hansı dividendlər qazandırıb? Qarabağ müharibəsi dövründə xarici dil bilən deputatlar Azərbaycanın haqq səsini dünyaya çatdıra bildilərmi?
Mövzu barədə Yenisabah.az-a danışan AĞ Partiyanın sədri Tural Abbaslı vurğulayıb ki, parlamentin tərkibində nəinki xarici dil bilənlər çoxdur, hətta latın qrafikasından oxuya bilməyənlər, hələ də kiril əlifbası ilə yazanlar var:
“Onlar sadəcə ingiliscə, fransızca bildiklərini yazırlar. Bəs bu bildiklərini ortaya qoymağı bacarırlarmı? Fransız, ingilis, ərəb dili BMT-nin beynəlxalq dillərinə daxildir. O zaman sual yaranır, niyə 44 günlük Vətən müharibəsində Avropa və Amerika bizə qarşıydı? Bizim xeyrimizə niyə 1 bəyanat verilmədi? Hətta senatda Qarabağ ərazisinin tanınması üçün tövsiyə xarakterli sənəd qəbul olunanda təxminən 200 nəfər arasından sadəcə 1-i Azərbaycanın xeyrinə səs verdi. Fransız dili bilən deputatlarımız hara baxırdı? Amerika bizim əleyhimizə BMT-nin Təhlükəsizlik Şurasında bəyanat verirdi. Amma bizimkilərin səsi çıxmırdı. Dillə bağlı məlumatların hamısı tərcümeyi-hala xoş gəlsin deyə yazılır. Ümumiyyətlə, dil bilməmək olar, amma tərcüməçilər var, adi bir məqalə yazdırıb onu tərcümə də etdirə bilərdilər, bunu etdilərmi? Bu prosesdə, ümumiyyətlə, parlament göründümü?”.
Partiya sədri qeyd edib ki, müharibə dövründə iqtidar adına danışan bir Prezident, bir də Hikmət Hacıyev vardı:
“Yəni bu parlament haradaydı? Xarici dilləri kənara qoyaq, öz dilimizdə xalqa müraciət edib xalqın yanında oldularmı? Xeyr. Hələ özlərinin minimal funksiyalarını yerinə yetirə bilmirlər, qalmışdı ki, beynəlxalq münasibətlərdə Azərbaycanı təmsil etsinlər. Onların parlament fəaliyyətinə baxsaq, görərik ki, hamısı da müxtəlif parlamentlərarası dostluq qrupunun üzvləridir. Bu problem isə iki məsələ ilə əlaqədardır. Birincisi, bacarmırlar, ikincisi, can yandırmırlar. Yəni can yandıran varsa, o bacarmır, bacaran isə can yandırmır, özünü əziyyətə salmır. Ümumiyyətlə, can yandıranın da olduğunu düşünmürəm. Bunların ən gözəl işi gizlənməkdir. Adları mediaya çıxmasın, öndə olmasınlar. “Birdən nəsə deyərəm, gündəm olar, sosial şəbəkələrə düşərəm”,-düşüncəsi ilə yanaşırlar. Məsələn, Könül Nurullayeva danışdı, amma heç lehimizə olmadı. “Bizə konpensasiya lazım deyil”,-dedi. Qarabağ müharibəsi dönəmində əsas yadda qalan çıxış bu oldu. Həmçinin Nigar Arpadarai də erməni lehinə çıxış etdi. Yəni biz bunlardan xahiş etməliyik ki, danışmasınlar. Nə bildikləri digər dillərdə, nə də azərbaycan dilində fikir səsləndirsinlər”.
Siyasətçi hesab edir ki, hazırkı parlament Azərbaycanın başına gələn təbii fəlakət kimidir:
“Bu fəlakətdən bir təhər qurtulmağın yollarını axtarmalıyıq. Ona görə də mənim parlament tərkibindən bir gözləntim yoxdur. Dövlətin ali bir qoludur, dövlətin üçdə birinin sahibidir, amma bizim yadda qalanlar ya Hadi Rəcəbli kimi, “Gedin bənnalıq edin”,-deyib tövsiyə verirlər, ya Mirələmov kimi əxlaqsızlıq edirlər, ya da mandatlarını lombardda girov qoyub, pul götürürlər. Bizimki də belə gətirib, nə edək?!”.
Paylaş:
Müəllif : Fuad
Tarix:30-04-2021, 13:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:30-04-2021, 13:45
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:37
Bu gün, 10:32
Bu gün, 10:30
Bu gün, 10:27
Dünən, 14:05
Dünən, 12:33
Dünən, 12:29
Dünən, 09:44
Dünən, 08:42
25-08-2025, 14:43
25-08-2025, 11:59
25-08-2025, 11:52

Gəncə faciəsinin arxasında gizlənən korrupsiya – Zərərçəkmişlərin haqqı kimlərin ciblərinə gedir?

Deputatın külli miqdarda çox vergi borcu olan şirkəti Lənkəran Dövlət Universitetinin tenderini uddu / VİDEO

Vergi borcu olan şirkət Zakir Quliyevin rəis olduğu qurumdan daha 3 tender uddu - FOTOFAKT

İcra hakimiyyətinin işçiləri dövlət torpaqlarını kənar şəxslərə satırlar - Bu cavan başçıda belə....

"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -səbəb göstərilmədən əmək müqavilələrinə xitam verilir

VƏLİYEVLƏRİN TİCARƏT MƏRKƏZİ HƏRRACA ÇIXARILIR -Hər ay toplanan yüz minlər hara xərclənib?

“Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri

Bu hospitalda cərrah əvəzinə "dəllal"lar işləyir: Nilufəri ÖLDÜRƏN HƏKİM niyə həbs olunmur? - VİDEO

"Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər!

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ